Prezidentin sarayından insan qalıqları tapıldı

Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb.
ANN.az Oxu.Az-a istinadən xəbər verir.
"İki kəllə və insan sümükləri tikinti işləri zamanı prezident iqamətgahının mətbəxində aşkar edilib”, - məlumatda deyilir.
Ölkə prezidenti Əşrəf Qani Əhmədzay tapıntının öyrənilməsi üçün məhkəmə tibbi ekspertiza işçiləri, Əfqanıstan komissiyasının üzvləri və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
www.ann.az
























