• $
  • €
  • ₽
  • ₺
  • £

Mişel Obama USS Illinois-ə qarşı – VİDEO

Mişel Obama USS Illinois-ə qarşı – VİDEO
12.10.2015 11:25
ABŞ-ın birinci xanımı Mişel Obama Hərbi dəniz qüvvələrinin yeni sualtı gəmisinin suya buraxılmasına həsr edilmiş təntənəli mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Şampan şüşəsini gəminin kənarına vuraraq sındırmağa prezidentin xanımı üçüncü cəhddən nail olub. Gəmiyə "İllinoys” (USS Illinois) adı verilib.

Obama dənizçilərə və gəmini inşa edənlərə təşəkkür edib. Onun sözlərinə görə, submarine "texnika möcüzəsidir”.

Gəmi Konnektikut ştatında General Dynamics korporasiyasının bölməsi "Electric Boat” şirkətinə məxsus Qrotonda hazırlanıb.

2,7 milyard dollar qiyməti olan gəmi Virginia sinfinə aid olan sayca 13-cü gəmidir. O, geniş tapşırıqlar spektri yerinə yetirməyə qadirdir, bura gəmiarası mübarizə, xüsusi təyinatlıların çatdırılması və kəşfiyyatın aparılması da daxildir. Onun uzunluğu 115 metr, heyəti 130 nəfərdən çoxdur, silahlanmasına torpedo və qanadlı "Tomaqavk” raketləri daxildir.

Sualtı gəminin tikilməsinə 2011-ci ildə başlanılıb. Onun 2016-cı ildə Hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol