• $
  • €
  • ₽
  • ₺
  • £

"Amnesty International" kürdləri ittiham edir

"Amnesty International" kürdləri ittiham edir
13.10.2015 13:57
Amnesty International hüquq-müdafiə təşkilatı Suriyada ABŞ-ın dəstəklədiyi kürd silahlıları hərbi cinayətlərdə ittiham edir. Həmin silahlılar minlərlə qeyri-kürd əhalini didərgin salmaqda, evlərini dağıtmaqda ittiham olunur.

Qurum kürdlərin nəzarətində olan 10-dan artıq ərazidə baş verənləri sənədləşdirib. Kürdlərin YPG qruplaşması sakinləri qovub, evlərini dağıdıb. Kürd yaraqlılar bu il Suriyanın şimalında İslam Dövləti silahlı qruplaşmasından bəzi əraziləri geri ala bilib.

Amnesty-nin böhran üzrə baş müşaviri Lama Fakih oktyabrın 13-də deyib ki, avtonom kürd administrasiyası "beynəlxalq hüquqa zidd hərəkətlər edir, hərbi cinayətlərə bərabər hücumlar təşkil edir”.

YPG sözçüsü Redur Xelil bunu "saxta iddia” adlandırıb.

Amnesty isə kürd silahlılarının yerli sakinləri məcburən didərgin salması barədə etiraflarını verir, silahlılar deyirlər ki, dinc sakinlər öz təhlükəsizlikləri üçün köçürülüblər.

YPG ABŞ-ın İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı kampaniyasında əsas tərəfdaşıdır. Türkiyə də əvvəllər bu qruplaşmanı nəzarətində olan ərazilərdən ərəb və türkmənləri məqsədli çıxarmaq ittiham edib, YPG təkzib edib. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol