• $
  • €
  • ₽
  • ₺
  • £

Nusra Cəbhəsi Rusiyadan qisas alacağını deyir

Nusra Cəbhəsi Rusiyadan qisas alacağını deyir
13.10.2015 13:05
Al-Qaeda-nın qanadı olan Nusra Cəbhəsi rusiyalıların sünni müsəlmanları "pərakəndə qətlə yetirməsinə” qarşı addımlara çağırıb.

Nusra Cəbhəsinin lideri Abu Muhammad al-Golani oktyabrın 12-də YouTube-da yayılmış audio mesajda deyib ki, Rusiyanın hərbi müdaxiləsinin məqsədi Prezident Bashar al-Assad hakimiyyətini saxlamaqdır, ancaq bu, alınmayacaq.

Golani söyləyib ki, üsyançılar da Assad-ın azlıqda olan ələvilər təriqətinə qarşı hücumları gücləndirə bilərlər.

Radikal sünni Nusra Cəbhəsi Rusiyanın dəstəklədiyi Suriya qüvvələrinə qarşı döyüşən ən güclü qruplaşmalardan biridir. Rusiya Nusra və İslam Dövləti hədəflərini vurduğunu bildirir.
 

Ancaq Golani-nin sözlərinə görə, Rusiyanın zərbələri Suriya ordusuna qarşı savaşan üsyançı qrupları vurub, rəqib İD-nin nəzarətində olan ərazilər isə toxunulmaz qalıb.

"Üsyançı qüvvələr Assad hakimiyyətinə təhlükə yaratdığı məqamda rusiyalıları "yeni xaç yürüşü”nə başladılar və aydın bilirlər ki, İslam Dövləti rejimə təhlükə deyil,” Golani deyib. O, vəd edir ki, "rusiyalılar Əfqanıstanda üzləşdikləri dəhşətləri unudacaqlar”. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol