• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub

​Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub
15.10.2015 13:25
O, 2009-cu idən Universitetdə dekan vəzifəsində çalışırdı

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən "Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. 

M.Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.

Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu olan elmlər doktoru, burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək elmi fəaliyyətini davam etdirib.

2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika Akademiyalarının akademiki seçilən M.Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi böyük töhfələr və elmin inkişafı sahəsindəki xidmətlərinə görə həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları tərəfindən müxtəlif mükafatlarla təltif edilib. 

M.Ömərov 2009-cu idən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışıb. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, diaspor sahəsində xeyli işlər görüb. Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra layihələr həyata keçirib. O, diaspor sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif olunub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol