• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ PKK-ya silah yardımı göstərib

ABŞ PKK-ya silah yardımı göstərib
16.10.2015 11:46
Ötən həftə bazar günü ABŞ hərbi kontinigentinin Suriyada İŞİD-lə mübarizə çərçivəsində həyata keçirdiyi silah yardımından kürdlər də istifadə edib.

 ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat sözçüsü Piter Kuk məlumat verib. Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Kuk bazar günü bölgədə kürd qruplara da silah yardımı edildiyini deyib. Kuk, ABŞ rəhbərliyindəki koalisiyanın Suriyada və İraqda İŞİD-ə qarşı apardığı əməlliyatların sözçüsü polkovnik Stiv Uorrenə istinadən verdiyi məlumatı sonra təkzib edib. 

"Polkovnik Uorrenin də bildirdiyi kimi silah-sursat və digər hərbi texnika təyyarələrlə havadan uğurlu şəkildə yerlərinə çatdırılıb. Silahların çatdırıldığı yerlər suriyalı bəzi ərəb qüvvələr və kürd qruplaşmalardır. Hesab edirəm ki, silahlar xüsusi olaraq bəzi suriyalı ərəb qüvvələrə çatdırılıb. Silah-sursatın bir hissəsini digər müxalif qüvvələr də götürmüş ola bilər.” 

Jurnalistlərdən birinin, "Bu qruplara PYD də daxildirmi?” sualına Kuk "Bəli” cavabını verib. 

Mətbuat konfransının başa çatmasından sonra Piter Kuk jurnalistlərə e-mail yollaraq konfransda dediyi fikirləri təkzib edib: 

"Bazar günü Şimali Suriyada havadan göstərilən silah yardımı tələblərə uyğun şəkildə araşdırmalardan sonra bölgədəki ərəb qüvvələrə uğurlu şəkildə çatdırılıb. Hal-hazırda hərbi texnikanın başqa qruplara çatdırılması barədə heç bir məlumat yoxdur.” – deyə Piter Kuk yazdığı e-maildə bildirib. 

PYD Suriyada fəaliyyət göstərən, əsasən kürdlərdən təşkil olunmuş Demokratik Birlik Partiyasıdır (Partiya Yektiya Demokrat). Suriyada Bəəs rejiminə və Azad Suriya Ordusuna qarşı döyüşən PYD-nin Türkiyədəki separatçı Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə eyni ideologiyaya sahib olduğu bildirilir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol