• $
  • €
  • ₽
  • ₺
  • £

Bayrağımız Silikon vadisində

Bayrağımız Silikon vadisində
17.10.2015 14:12
Oktyabrın 15-də son illərin ən səs-küylü texnoloji yeniliklərinin mənbəyi və ABŞ-da yüksək texnologiyaların mərkəzi hesab olunan Silikon vadisinin paytaxtı San Xose şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Yerli Azərbaycan icmasının təşəbbüsü, San Xose şəhərinin meriyasının dəstəyi ilə həyata keçirilən və 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan bu tədbirdə San Xose şəhərinin meri Sem Likardo və şəhərin icra şurasının üzvləri Tam Nguyen, Coni Xamis və digərləri, Azərbaycan icmasının üzvləri, həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən San Xose şəhərinin meri S.Likardo bu tədbirin ənənəyə çevriləcəyinə ümid etdiyini deyib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan icmasının bu şəhərdəki rolundan danışıb.

San Xose İcraiyyə Şurasının üzvləri çıxışlarında dost Azərbaycanın müstəqilliyini şəhərlərində qeyd etməkdən məmnun olduqlarını qeyd ediblər və ölkəmizlə San Xose şəhəri arasında təmasların intensivləşməsinə ümid etdiklərini söyləyiblər.

Ölkəmizin ABŞ-da səfirliyinin müşaviri Məmməd Talıbov tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına və San Xose meriyasına təşəkkürünü bildirib. O, Şərqdə ilk demokratik respublika, əsrlər boyu müxtəlif din və mədəniyyətlərin təmsilçilərinin sülh və əminamanlıq şəraitində yaşadığı ölkə olan Azərbaycan ilə San Xose əhalisinin daha yaxından tanış olmaq imkanı baxımından bu tədbirin vacibliyini qeyd edib, iştirakçılara ölkəmiz haqqında qısa məlumat verib.

Mərasimdən sonra meriyanın Rotonda binasında ziyafət verilib və Azərbaycan musiqiçilərinin ifasında milli musiqimiz səslənib.//Anspress


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol