• $
  • €
  • ₽
  • ₺
  • £

«Facebook» istifadəçilərin hüquqlarını pozmaqda ittiham edilir

«Facebook» istifadəçilərin hüquqlarını pozmaqda ittiham edilir
17.10.2015 16:33
«Facebook» şirkəti Avropada istifadəçi məlumatlarının məxfiliyinin mühafizəsi haqda mövcud qanunları pozmaqda ittiham edilir.
 
«Facebook»un nümayəndəsi isə bildirib ki, tənzimləyici orqanların düşünülməmiş addımı vacib alətlərdən birinin deaktiv edilməsinə səbəb ola bilər, belə ki, sosial şəbəkə bu alət vasitəsilə istifadəçi hesablarını müdaxilədən müdafiə edir.
 
«ICTnews.az» saytı «vedomosti.ru» saytına istinadən yazır ki, Almaniya və İspaniya daxil olmaqla artıq bir neçə ölkənin tənzimləyici orqanı «Facebook»la bağlı şikayət edib. Şəxsi həyatın qorunması üzrə Belçika Komissiyasının təşəbbüsü ilə başladılmış araşdırma daha da geniş vüsət alıb.
 
Tənzimləyici orqan «Facebook»dan sosial şəbəkənin təşkili sxemini dəyişdirməyi tələb edir və hüquq pozuntusuna görə hər gün üçün  250 min avro cərimə tələb edir. «Facebook»un nümayəndəsi isə bildirib ki, əgər bu tələbləri təmin etsək, şəbəkədə belçikalı istifadəçilərin işi xeyli dərəcədə çətinləşəcək: onlar daha mürəkkəb identikasiya prosedurundan keçməli olacaqlar.
 
İlk öncə «Facebook»un mövqeyi ondan ibarət idi ki, yalnız İrlandiyanın tənzimləyici orqanlarına tabe olmalıdır və başqa Avropa ölkələrinin tənzimləyici orqanları heç bir yurisdiksiyaya malik deyil. İndi şirkət regiondakı problemləri həll etmək üçün hakimiyyətdən kömək istəyib. Bildirək ki, Avropada «Facebook» istifadəçilərinin sayı yüz milyonlarla hesablanır və ötən il bu regionda gəliri 3 milyard dolları ötüb.

Cari ilin yayında Almaniyada tənzimləyici orqanlar «Facebook» sosial şəbəkəsindən tələb ediblər ki, istifadəçilərə öz həqiqi adlarını təxəllüslə əvəzləməyə icazə verərək qeydiyyat qaydalarını dəyişdirsin. Şirkət bu tələbə qarşı etiraz edərək bildirib ki, istifadəçilərin təhlükəsizliyi və məxfiliyi o halda təmin edilə bilər ki, informasiyanın kiminlə bölüşüldüyü məlum olsun. Müvafiq məhkəmə işləri İspaniya, Hollandiya, Fransada aparılır
 
Belçikada tənzimləyici orqanlar ondan narazıdırlar ki, «Facebook» yalnız öz istifadəçilərinin fəaliyyəti haqda deyil, həm də bu sosial şəbəkədə qeydiyyatdan keçməmiş və ondan istifadə etməyən insanlar haqda məlumat toplayır.
 
«Facebook» istifadəçilər haqda məlumat topladığını etiraf edib, amma şirkət iddia edir ki, bu məlumatlar yalnız botların aşkar edilməsində istifadə olunur.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol