• $
  • €
  • ₽
  • ₺
  • £

Kaxi Kaladze: Azərbaycan Gürcüstanı qaz ilə təmin edə bilməyəcək

Kaxi Kaladze: Azərbaycan Gürcüstanı qaz ilə təmin edə bilməyəcək
20.10.2015 18:24
"Mən qiymətin necə olacağını deyə bilmərəm”.

Gürcüstanın vitse-spikeri və energetika naziri Kaxi Kaladzenin Gürcüstanın əlavə olaraq hansı həcmdə və hansı qiymətə təbii qaz alacağına dair suala hələlik cavabı yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə "Qruziya Online” energetika naziri Kaxi Kaladzenin sözlərinə istinadən xəbər verir.

Kaxi Kaladze müxalifətin "Qazprom” ilə əlaqədar həyəcanını qeyri-sağlam eyforiya adlandırıb və izah edib ki, Azərbaycanın Gürcüstanın tələbatını ödəmək üçün resursu yoxdur və ona görə də Gürcüstan əlavə həcmi Rusiyadan almalıdır.

"Biz "Qazprom” ilə işgüzar görüş ucbatından siyasətçilər və siyasi partiyaların nümayəndələri tərəfindən son zamanlar qaldırılan qeyri-sağlam eyforiyaya dair bəyanatı maksimal şəkildə kənara qoymuşuq. Niyə əlavə həcm yoxdur? Bu sualı Azərbaycana vermək lazımdır. O zaman mən sizdən soruşuram, əgər daxili bazarda istifadə üçün həcm varsa niyə Azərbaycan "Qazprom” ilə müqavilə tərtib edir? Mən qiymətin necə olacağını deyə bilmərəm. Əgər o uyğun olarsa biz yəqin ki, bu layihəni həyata keçirəcəyik”, - Kaxi Kaladze bəyan edib.

Kaladzenin sözlərinə görə, "Qazprom” ilə bu gün üçün mövcud olan müqavilə 2003-cü ildə bağlanılıb və o vaxtdan indiyə qədər 21 əlavə tərtib edilib, məqsəd isə müddəti uzatmaq və müxtəlif texniki məsələləri həll etmək olub. Onun sözlərinə görə, cari şirkət ilə illərdir ki, əlaqə və müqavilə mövcuddur.

Onun sözlərinə görə, "Qazprom” ilə mövcud müqavilə çərçivəsində, həm Saakaşvili rejimi zamanı, həm də sonradan illik görüşlər keçirilib.

"Tranzit qiymətinə alınmış qazdan başqa, hətta müharibədən sonra da Rusiyadan əlavə həcm alınıb. Amma nədənsə bu faktlar unudulub və heç kim onlar haqqında danışmır. Siyasi mənəviyyatın sərhəddi var, onu marginal, iflasa uğramış siyasətçi və ya siyasi partiya keçməməlidir. Aydındır ki, seçki ili gəlir və siyası müflisləşmiş partiyalar özlərini əhaliyə nə iləsə xatırlatmalıdırlar”, - Kaxi Kaladze bəyan edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol