• $
  • €
  • ₽
  • ₺
  • £

“Miqrant axınına görə Angela Merkelin “qızıl dövrü” sona çatır”

“Miqrant axınına görə Angela Merkelin “qızıl dövrü” sona çatır”
27.10.2015 20:28
 
Böyük Britaniyanın "Financial Times” nəşri Avropanı bürüyən miqrant axını problemi fonunda Almaniya kansleri Angela Merkelin yüksək populyarlıq qazandığı "qızıl dövrü”nün keçmişdə qaldığını yazıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, yaxınlara qədər Merkel dünyanın ən uğurlu siyasətçilərindən biri sayılırdı. Kansler seçkilərində 3 dəfə ard-arda qələbə qazanan Merkel təkcə Almaniyanın deyil, bütün Köhnə Dünyanın əsas lideri idi. Amma bu il 1 milyondan artıq miqrant qəbul edəcək ölkədə, Merkelin qeyri-adi yüksək reytinqi yerini alman cəmiyyətində artan narahatlığa və hətta öz partiyadaşları tərəfindən səslənən tənqidlərə verib.  

"Merkelə yaxın olan siyasi çevrələrdə kanslerin 2017-ci il seçkilərini gözləmədən istefa verə biləcəyini deyirlər. Bir neçə ay əvvəl, 4-cü müddətə kansler olması müzakirə oluan Angela Merkelin bugünkü şəraitdə yenidən rəhbər seçilməsi mümkünsüz görünür”.  

Merkel qaçqınlarla bağlı problemi nəzarətdən buraxıb. İctimaiyyət qarşısında alman məmurları kanslerin "biz bunun öhdəsindən gələ bilərik” devizini dəstəkləsələr də, zahiri ruh yüksəkliyinin arxasında ciddi panika və təşviş var idi.

Bunun səbəbi isə - xərclərin artması, sosial təminatların aşağı düşməsi, bu fonda Merkelin reytinqinin azalması və millətçi partiayların populyarlıq toplması idi.

Almaniya cəmiyyəti artıq qaçqınların qəbul olunmasını normal qəbul etmir və onların sayının çoxluğundan şikayətlənir. Bəzi günlərdə 10 minə qədər mühacir qəbul edən Almaniya yaxın 4 il ərzində cəmisi 20 min miqranta sığınacaq verəcəyini söz verən Böyük Brutaniya qarşısında çox ürəyiaçıq görünür.  

Bəzi almanlar Yer kürəsinin bütün məzlum insanları üçün ölkəsinin qapılarını açıq elan edən "Merkel Ana”nın dəli olmasınadan şübhələniblər. Bu problemin tez həlli Macarıstan kimi qonşu dövlətlərlə sərhəddə mühafizə divarının çəkilməsi olardı. Almaniya mühafizəkarları Merkeldən bunu gözləsələr də, sərbəst hərəkət azadlığını hər şeydən üstün tutan kanslerin buna razı olacağı inandırıc deyil.  

2005-ci ildə Merkel hakimiyyətə gəldikdən 2015-ci ildə miqrant böhranı qabarana qədər keçən 10 il Almaniya üçün rifah və əmin-amanlıq illəri idi Bu dövrdə ölkə sürətlə inkişaf edib, beynəlxalq aləmdə nüfuz sahibi olub və bütün irli-xırdalı hərbi konfliktlərdən uzaqda qalmağı bacamışdı. Lakin görünən odur ki, Merkelin "qızıl dövrü” artıq sona çatıb

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol