• $
  • €
  • ₽
  • ₺
  • £

Apple-ın gəliri rekord vurur

Apple-ın gəliri rekord vurur
28.10.2015 12:06
Apple Inc şirkəti üçün 2015-ci maliyyə ili onun tarixində ən uğurlu il olub: gəlir 28% - təxminən 234 milyard dollara çatıb, Apple şirkətinin rəhbəri Tim Kuk bildirib.

Bu barədə Oxu.Az interfax.ru-ya istinadən xəbər verir.

"2015-ci maliyyə ili Apple tarixində ən uğurlu il olub, gəlirlər 28% - təxminən 234 milyard dollar artıb”, - Tim Kuk bəyan edib.

2015-ci ilin dördüncü rübündə şirkət Çində iPhon smartfonuna olan tələbat sayəsində Uolt-stritin gözlədiyindən daha çox gəlir əldə edib. Bununla yanaşı, iPhone və Mac kompüterlərinin satış həcmi rekord həddə çatıb.

Dünyanın ən bahalı şirkətinin qiymətli kağızlarının dəyəri oktyabrın 27-də əsas sessiyasının bağlanışından sonra Nyu-York satışlarında 0,6% artıb.

Şirkətin hesabatında qeyd edildiyi kimi, 2015-ci ilin sentyabr ayının 25-də sona çatan IV maliyyə rübü ərzində onun gəliri 31% - 11,1 milyard dollara qədər artıb, bir il öncə analoji dövr üçün bu göstərici 8,5 milyard dollar idi. Aksiyalardan gələn gəlir buyback proqramı fonunda 38%, 1,42-dən 1,96 dollara qədər artıb.

Apple-ın rüblük gəliri 22% - 42,12 milyarddan 51,5 milyard dollara qədər artıb. Gəlirin 62%-i beynəlxalq satışların payına düşür.

Bloomberg tərəfindən sorğuya cəlb edilən analitiklər Apple-ın gəlirlərini 10,8 milyard dollar və ya 51 milyard dollar gəliri zamanı aksiya üçün 1,88 dollar kimi proqnozlaşdırıblar. Şirkətin öz proqnozunda da ən yüksək gəlir 51 milyard dollar idi.

Analitiklər Apple-dən oktyabr-dekabr ayları ərzində orta hesabla 77 milyard dollar səviyyəsində gəlir – 18,1 milyard dollar və ya aksiya üçün 3,22 dollar gəlir olacağını gözləyirlər. Birinci maliyyə rübü Milad mövsümünə düşür, ona görə də o, dövr Apple və bu sahənin digər şirkətləri üçün ən əlverişli mövsüm hesab edilir.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol