• $
  • €
  • ₽
  • ₺
  • £

“Wi-Fi”lər meteoroloji səhvlərə səbəb olur

“Wi-Fi”lər meteoroloji səhvlərə səbəb olur
31.10.2015 09:38
ABŞ Meteorologiya Cəmiyyətinin üzvləri qeyri-dəqiq hava proqnozlarının verilməsinin səbəbini araşdırıblar . Aparılan tədqiqatlar qeyri-dəqiq hava proqnozlarına "Wi-Fi” şəbəkələrinin səbəb olduğunu göstərib.

Məlumatda bildirilir ki, bu gün meteoroloqlar atmosferə radiodalğalar axını göndərən və əks edilmiş siqnallarla yağışlı yerlərin koordinatlarını, eləcə də onların istiqamətini və sürətini müəyyənləşdirməyə imkan verən hava radarlarından istifadə edirlər.

"Wi-Fi” şəbəkəsi ilə məlumatların ötürülməsindən hər yerdə istifadə olunur. Qəbuledici, ötürücü və marşrutlayıcılar hava radarlarının işlədiyi eyni tezliklərdə işləyir. Nəticədə "Wi-Fi” qurğuları hava radarlarından əldə olunan məlumatları təhrif edir və bu da hava proqnozunun verilməsində səhvlərə yol açır.

Helsinki Meteorologiya İnstitutunun mütəxəssisi Elena Saltikoff bildirib ki, bir və ya iki maneəni radiolokasiya təsvirindən silmək mümkündür, lakin simsiz qarışan qurğuların sayının və gücünün artması bütün radarların təhlükə altına düşməsinə şərait yarada bilər. Belə maneələr tornado və ya güclü konvektiv sistemin yaxınlaşmasını gizlədə bilər və bu barədə əvvəlcədən xəbərdarlıq edə bilməməyə gətirib çıxarar.

Alimin fikrincə, radiotezliklərin paylanması ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni mümkün qədər tez nəzarət altına götürməlidir. Problemə lazımınca diqqət yetirilməsə, bu, təbii fəlakətlərin qəfil baş verməsinə görə ciddi fəsadlara səbəb ola bilər.

Xəbəri Mincom.gov.az saytı "Hi-Tech.Mail.ru”ya istinadla yayıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol