• $
  • €
  • ₽
  • ₺
  • £

Reuters: Rusiya təyyarəsi tamam parçalanıb, 224 nəfər ölüb

Reuters: Rusiya təyyarəsi tamam parçalanıb, 224 nəfər ölüb
31.10.2015 13:32
Misirdə qəzaya uğramış Rusiya təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşı olub. APA-nın RIA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Misirdəki səfirliyindəki mənbə bildirib.
 
Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.
Misir tərəfinin verdiyi məlumata görə, hadisə ölkədəki hakimiyyətə qarşı çıxan silahlı qruplaşmanın gizləndiyi En-Naxal dağ massivində baş verib. Lakin Misir rəsmiləri təyyarənin Sinay yarımadasındakı silahlı qruplaşma üzvləri tərəfindən vurulması ehtimalını istisna edirlər. Bildirilir ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.
 
"Reuters” yazır ki, Sinay yarımadasında qəzaya uğramış təyyarə tamamilə parçalanıb. Agentliyin hadisə yerindəki təhlükəsizlik qüvvələrinə istinadən verdiyi məlumata görə, böyük ehtimalla təyyarədəkilərin hamısı ölüb.
 
Misirin baş naziri Şərif İsmayıl Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
  
Ş. İsmayılın bəyanatında bildirilir ki, artıq Misir tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb.
  
Hökumət rəhbəri hadisə ilə əlaqədar bütün xarici səfərlərini təxirə salıb.
 
Rusiyanın "Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb. Havaya qalxandan 23 dəqiqə sonra təyyarə radarlardan itib.
 
Təyyarədə 217 sərnişin və 7 heyət üzvü olub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol