• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə səfirliyinin yeni mədəniyyət müşaviri işə başladı

Türkiyə səfirliyinin yeni mədəniyyət müşaviri işə başladı
02.11.2015 10:30
Azərbaycanda Türkiyə səfirliyinin  mədəniyyət və turizm işləri üzrə yeni müşaviri Murat Karaçanta fəaliyyətə başlayıb. Türkiyə respublikasının 92-ci ildönümünə həsr olunmuş rəsmi tədbirə qatılan yeni müşavirin KİV və içtimaiyyətin  nümayəndələri ilə ilk tanışlığı hər kəsdə xoş təəsüratlar yaradıb. 

Uzun illər Türkiyənin 3-cü böyük şəhəri İzmirdə Mədəniyyət və Turizm idarəsində müdür müavini vəzivəsində çalışan Murat Karaçanta Azərbaycana böyük arzularla gəldiyini və burada da gözlədiyindən də böyük məhəbbətlə qarşılandığını söyləyib:
"Əslində mən öz doğma vətənimə gəlmişəm. Hələ 20-ci illərdə sovet hökuməti yeni qurulanda Sibir sürgünündən qaçıb can qutaran babalarım Qarsa gəliblər. Onlar Qərbi Azərbaycandan, Qaraçanta kəndindən olublar. Babalarım kəndlərinin adını özlərinə soyadı kimi qəbul etmış, şükürlər olsun ki, bu əmanəti nəslimizin onlarca övladları bu gün də şərəflə daşımaqda və  qorumaqdadırlar.

Yeni müşavir qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında  bütün sahələrdə, o cümlədən daha çox  turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda  turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim münasibətlərimizə darlıq edir. Şükürlər olsun ki, bu gün bu baxımdan işlərimiz uğurla davam etməkdədir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik.  (musavat.com)


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol