• $
  • €
  • ₽
  • ₺
  • £

“Əl-Qaidə” Putinə müharibə elan etdi

“Əl-Qaidə” Putinə müharibə elan etdi
02.11.2015 11:19
Ayman əz-Zəvahiri daxili münaqişələrə son qoymağa çağırıb.

"Əl Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri tərəfdaşlarına müraciət edərək daxili münaqişələrə son qoymağa və bütün qüvvəni amerikalılara, rusiyalılara, iranlılara, ələvilərə və "Hizbullah”a qarşı yönəltməyə çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Reuter məlumat yayıb.

"Amerikalılar, ruslar, iranlılar, ələvilər və "Hizbullah” bizə qarşı müharibələrini koordinasiya ediblər – məgər biz daxili mübarizənin qarşısını alıb, bütün qüvvəmizi onlara qarşı yönəltməyə qadir deyilik?”, - o, müraciətində deyib.

Bu müraciətin Rusiyanın sentyabrın 30-da başlatdığı hərbi əməliyyatlardan sonra yazıldığı ehtimal edilir.

Daha öncə əl-Zəvahiri tərəfdaşlarını Qərbdə terror aktları həyata keçirməyə çağırırdı.

"Əl Qaidə” İŞİD terror qruplaşmasını tanımır, amma ona yardım etməyi vəd edir. Bundan başqa, "Əl Qaidə”nin rəhbəri "Taliban” liderinə sədaqət andı içib.

Qeyd edək ki, "İslam Dövləti”, "Taliban” və "Əl Qaidə” fəaliyyətləri bir çox ölkələrdə, eləcə də Rusiyada qadağan edilmiş terror təşkilatlarıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol