• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni seçilən deputata hücum edilib - FOTO

Yeni seçilən deputata hücum edilib - FOTO
02.11.2015 14:52
Hücuma səbəb isə Nurəddin Arasın seçki saxtakarlığının qarşısını almaq cəhdi olub.

Türkiyə Böyük Millət Məclisinə İğdır vilayətindən deputat seçilən azərbaycanlı Nurəddin Arasa hücum edilib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, deputat ibtidai məktəbdə gizlənməklə hücumdan xilas ola bilib. 

Nurəddin Aras Ədalət və İnkişaf Patiyasının (AKP) namizədi olub. 

Məlumata görə, səs verməni gözləmək məqsədi ilə müşayiət partililərlə Karakuyu kəndinə gedən Aras, səs vermənin həyata keçirildiyi məktəbdə, "toplu səs istifadə istiqamətli" etiraz tapılması üzərinə, çölə çıxardılaraq bir qrupun hücumuna məruz qalıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. 


Hadisə yerinə gələn polislər

Arasın hücuma məruz qalması İğdırda gərginliyə səbəb olub.Bu vəziyyətə etiraz etdiyini dilə gətirən Aras, bunları qeyd edib: 

"Burada ədalətsizliyi görüb müdaxilə etdik. Bu demokratiyaya yaraşmaz, bura hüquqi dövlətidir. "


Azərbaycanlı millət vəkilinin avtomobili hücumdan sonra


Türkiyədə ötən gün keçirilən seçkilərdə 3 erməni namizəd də qalib gəlib. İki saylı İstanbul seçki dairəsindən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Selina Doğan, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Marqar Esayan parlament üzvü seçilib. Bundan əlavə, üç saylı İstanbul seçki dairəsindən Demokratik Xalqların Partiyasının (HDP) namizədi Qaro (Karapet) yenidən parlamentə seçilib.


Nurəddin Aras - Azərbaycanlı millət vəkili 


Seçkilərdə qalib gələn Ədalət və İnkişaf Partiyasının (AKP) lideri prezident Rəcəb Tayyib Ərdoğan dünyaya mesaj verib. 

Prezident Ərdoğan bu səhər Eyüp Sultan Məscidində namaz qıldıqdan sonra seçkinin nəticələrini dəyərləndirib: "Artıq kimin qalib olduğu məlumadur. Koalisiya danışıqları nəticə vermədiyi üçün təkrar milli iradə göstərmək məcburiyyətində qaldıq. Mən bu an çıxan nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm”. 


Rəcəb Tayyib Ərdoğan -Türkiyə prezidenti


Prezident dünya mediasında Türkiyədə keçirilən seçkilərlə bağlı müzakirələri də dəyərləndirib: "Görəsən, dünya mediası bizim ölkə ilə bu qədər maraqlandığı qədər niyə öz ölkələri ilə maraqlanmırlar?! Millətimiz 52 faizlə prezidentini seçir, 50 faizə yaxın səslə partiyasını seçir, amma əcnəbinin davranışı başqa. Bu ölkənin Ərdoğanı seçməsinə hələ də hörmət edə bilmədilər".



Türkiyənin seçkilər keçirilən 81 əyaləti


Ötən gün Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.5% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. 

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.


1 noyabrda keçirilən parlament seçkilərində partiyaların topladığı səslər

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol