• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib

ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib
29.05.2020 03:54
Yeni "beş üstəgəl bir” formatı yaradılıb.

ABŞ-ın xarici işlər naziri Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri ilə Səmərqənddə müştərək bəyannaməni təsdiqləyərək, yeni "beş üstəgəl bir” (C5+1) formatını yaradıblar, svoboda.org məlumat yayıb.

Oxu.Az xəbər verir ki, sənəddə danışıqların iştirakçılarının geniş məsələlər ətrafında sıx əməkdaşlıq etməyə niyyəti olduğu qeyd edilir. Söhbət əsasən insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən, Əfqanıstanda təhlükəsizliyin və sabitliyin dəstəklənməsinə dair fəaliyyətdən gedir.

Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan diplomatik idarələrin rəhbərlərini, Vaşinqtonun Əfqanıstandakı vəziyyət ilə əlaqədar Mərkəzi Asiya dövlətlərinin narahtçılığına şərik olduğuna əmin edib.

Kerrinin sözlərinə görə, ABŞ "İslam dövləti” (İŞİD) və "Əl Qaidə” terrorçu qruplaşmalarının yaratdığı təhlükəni anlayır.

Daha öncə Almaniya, Türkiyə və İtaliyanın Əfqanıstanda hərbi iştiraklarını əvvəlki səviyyədə saxlamağı qərara aldıqları məlum olub. Avropada NATO birləşmiş qüvvələrinin baş komandanı general Filipp Bridlav NATO ölkələrinin Əfqanıstanda olan təxminən 10 min Amerika hərbçisini dəstəkləməyə davam edəcəklərinə əmin olduğunu bildirib.

Buna qədər isə ABŞ-ın 2016-cı ildən sonra Əfqanıstanda öz qoşunlarını saxlayacağı barədə məlumat yayılmışdı.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol