• $
  • €
  • ₽
  • ₺
  • £

​Çindəki iqtisadi böhran bütün dünyaya yayıla bilər

​Çindəki iqtisadi böhran bütün dünyaya yayıla bilər
03.11.2015 22:46
Çinin hər hansı böyük şirkətinin qiymətli kağızlarını defolt elan etməsi bütün dünyaya mənfi təsir göstərəcək.

 "Report"un "McKinsey" beynəlxalq konsaltinq şirkətinə istinadən verdiyi xəbərə görə, Çinin məcmu xarici borcu 30 trln. dolları keçərək ÜDM-in 300%-nə çatıb.

Qeyd edək ki, 2007-ci ildə dünya iqtisadiyyatında başlayan böhran ərəfəsində Çinin xarici borcu 7,4 trln. dollar təşkil edib və bu, ÜDM-in 158%-ni təşkil edib. Məhz belə böyük məbləğdə monetar ekspansiya Çinin 2008-2009-cu illərdə qlobal böhrandan yayınmasına yardım edib. Bildirmək lazımdır ki, Avropa Mərkəzi Bankının hazırda həyata keçirdiyi monetar ekspansiyanın həcmi sadəcə 1,1 trln. avro (1,2 trln. dollar) həcmindədir.

Çin 2008-2014-cü illərdə borc yükünü artırmaqla Avstraliya və Braziliya başda olmaqla, bir çox ölkədən xammal idxal edərək qiymətlərin düşməsinin qarşısını alıb. Lakin iqtisadçıların da təhlildə çətinlik çəkdiyi bir məqam budur ki, 2014-cü ilin yayından etibarən Çin bankları kreditləşməni, hətta mövcud kredit xətlərini dayandırmağa başlayıb. Nəticədə Çinə xammal ixrac edən ölkələr tələbatın azalması səbəbindən iqtisadi böhranla üzləşib.

"Bank of America"nın iqtisadçısı Devid Kyunun sözlərinə görə, Çinin 30 trln. dollardan artıq borc yükü hər hansı bir şirkətin defolt elan etməsi ilə "domino" effekti yaradaraq nəinki Çin, bütün dünyaya ciddi təsir edəcək. Analitik qeyd edib ki, maliyyə bazarlarının hazırkı imkanları Çindəki sabitliyin yalnız bir neçə rüb ərzində qorunmasına kömək edə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol