• $
  • €
  • ₽
  • ₺
  • £

“Charlie Hebdo” A321 təyyarəsinin qurbanlarını ələ saldı – FOTO

“Charlie Hebdo” A321 təyyarəsinin qurbanlarını ələ saldı – FOTO
06.11.2015 12:46
Məşhur fransız satirik jurnalı "Charlie Hebdo” öz səhifələrində Rusiyanın A321 sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında uğradığı qəzaya dair iki karikatura yerləşdirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Karikaturalardan birində "İslam dövləti” (İŞİD) terror qruplaşmasının başını iki əli ilə tutan yaraqlısı təsvir edilib, onun başına səmadakı təyyarənin qalıqları tökülür.

Karikaturanın altındakı şərhdə: "İŞİD: Rusiya aviasiyası bombardmanları gücləndirir” yazılıb.

İkinci karikaturada qəzaya uğramış təyyarənin fonunda gözündə günəş eynəyi olan kəllə təsvir edilib.

"Rusiya loukosterinin təhlükəsi. Air Cocaine reysi ilə uçmalıydım”, - şəklə yazılan rəydə Dominikan respublikasında göyərtəsində 600 kq kokain tapılan fransız təyyarəsi ilə əlaqədar qalmaqala işarə edilir.  

Jurnal aviaqəza qurbanlarına dair ilk dəfə deyil ki, belə "zarafat” edir. Belə ki, yayda Malayziya təyyarəsinin Hindistan dənizində ilk qalıqları tapıldıqdan sonra "Charlie Hebdo” rəssamları itkin düşmüş Boeingin stüardessa və pilotunun təsvir olunduğu karikatura dərc etmişdilər.

Sentyabrda jurnal əməkdaşları yenidən tənqid atəşinə tutuldular. Çoxları həlak olmuş 3 yaşlı suriyalı oğlanın karikaturasının mənəviyyatdan kənar olduğunu hesab edirdi.

Xatırladaq ki, yanvar ayında jurnalda Məhəmməd peyğəmbərin karikaturası dərc olunduqdan sonra Fransada "Charlie Hebdo” redaksiyasına silahlı hücum olmuşdu. İki cinayətkar redaksiyaya girərək insanlara atəş açmışdılar. Nəticədə 12 nəfər həlak olmuşdu, onların arasında iki polis əməkdaşı da var idi.

Hücum edənlər hadisə yerindən qaçmışdılar. Sonradan saxlanılan zaman onlar öldürülmüşdülər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol