• $
  • €
  • ₽
  • ₺
  • £

Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində

Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində
09.11.2015 14:32
G-20 liderlərinin sammitində iştirak etmək üçün Türkiyəyə səfərə hazırlaşan Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz və onu müşayiət edəcək heyətin şəxsi əşyaları artıq Antalyaya gətirilib.

ANS PRESS-in məlumatına görə, 16 "Kamaz" əşya və 65 ədəd xüsusi hazırlanmış "Mercedes" markalı maşın "Mardan Palace" otelinə çatdırılıb. 

Kral və şahzadə Telal bir gecəsi 15 min avro olan villalarda qalacaqlar. 

Şəxsi əşyaların arasında kral ailəsinin yataq dəstləri, istifadə edəcəkləri stəkanlar, geyimlərindən tutmuş hər şey var. 

Səudiyyə Ərəbistanından olan heyət üçün azərbaycanlı iş adamı AST Telmanın tikdirdiyi milyardlıq oteldə 546 otaq hazırlanıb. 
Kral və şahzadənin qalacağı villalarda hazırlıq iki ay öncə başlayıb. 

1000 nəfərlik heyətlə otelə gələcək kral bu xidmətin müqabilində 18 milyon dollar ödəyəcək. Səudiyyə Ərəbistanı kralı zirvə toplantısından bir neçə gün öncə Antaliyaya gedəcək, toplantıdan bir neçə gün sonra da ölkəsinə qayıdacaq. 

İnşasında 10 min kvadratmetr qızıl örtükdən, 500 min kristal, 23 min kvadratmetr İtaliya mərmərindən istifadə edilən və dünyanın ən lüks otellərindən olan "Mardan Palace" kral sayəsində G-20-nin ən diqqətçəkən məkanı olacaq. 

Məlumat üçün bildirək ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən "Mardan Palace" bir neçə gün öncə satılıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol