• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Azərbaycan ayağa qalxdı: Haray, haray mən türkəm - FOTO + VİDEO

Cənubi Azərbaycan ayağa qalxdı: Haray, haray mən türkəm - FOTO + VİDEO
09.11.2015 21:28
Bir sıra şəhərlərdə əhali etiraz edir.

İranın dövlət televiziyasında yayımlanan "Fitilə” adlı verilişdə Azəbaycan türklərinin təhqir edilməsi ilə bağlı bu gün Tehranda və Cənubi Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib.

Musavat.com-a daxil olan məlumata görə, xüsusilə Urmiya və Təbriz universitetlətinin tələbələri, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan azərbaycanlıların iştirak edəcəyi etiraz aksiyasına bu gün günorta saatlarından sonra start verilib.

Qeyd edək ki, noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus "Fitilə” adlı proqramda türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər.

Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb. 

Aksiyanın şüarları belədir: " Haray, haray mən türkəm", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Azərbaycan var olsun, istəməyən kor olsun".

İrandakı mənbələr iddia edirlər ki, təkcə Təbrizdə 10 minə yaxın insan etirazlara qatılıb.

Təbrizdən millət vəkili Məhəmməd İsmayıl Səidi isə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib. 
Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.
 





























www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol