• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Rusiyanı təhlükələr siyahısına salıb

Britaniya Rusiyanı təhlükələr siyahısına salıb
10.11.2015 22:38
Londonda çıxan "Times” qəzetinin məlumatına görə Rusiya Britaniyanın "Təhlükəsizlik Strategiyası”na daxil edilib.


Beş il bundan əvvəl tərtib edilmiş redaksiyada Rusiyanın adı çəkilmirdi.

Rusiyanın təhlükələr siyahısına daxil edilməsi onun Krımı ilhaq etməsi, Kalininqrad vilayətində hərbi kontingentini artırması ilə əlaqədardır

Maraqlıdır ki, Britaniya üçün təhlükələr siyahısına həm də ilk dəfə olaraq Rusiyada qadağan olunmuş İslam Dövləti adlı qruplaşma da daxil edilib.

Times xəbər verir ki, bu iki bənddən başqa strateji təhlükələrin siyahısı dəyişməyib.

Ekspertlər bildirirlər ki, Britaniya müdafiə xərclərinin strukturuna yenidən baxır və buna görə də strateji təhlükələrin müəyyən edilməsi zəruridir.

Təhlükə dolayısı ilədir

Britaniya şərhçilərinin fikrincə, Rusiyanın təhlükələr siyahısına salınması o demək deyildir ki, Moskva Britaniyaya hərbi müdaxilə edə bilər. Lakin NATO-da narahatdırlar ki, alyansın Rusiya ilə həmsərhəd bir sıra üzvləri üçün ciddi və real təhlükələr mövcuddur. Bu isə o deməkdir ki, Ukraynadan fərqli olaraq Polşa və ya Baltika ölkələri təcavüzə məruz qalarlarsa, onda alyans öz nizamnaməsinin 5-ci maddəsinə əməl etməli olacaq. Bu, Rusiya ilə birbaşa müharibə demək olardı.

Müşahidəçilərin qənaətinə görə, Rusiya Britaniya üçün məhz bu baxımdan təhlükə təşkil edir.

Digər tərəfdən NATO özünün Şərqi Avropadakı müttəfiqlərinin ərazisində yeni bazaların yaradılmasına o qədər də həvəsli deyil. Alyansda hər halda Rusiya ilə münasibətlərin yaxşılaşacağına inanmaq istəyirlər.

Buna baxmayaraq, Şərqi Avropa ölkələrində NATO-nun avanqard birləşmələri artıq yaradılır. Onların kontingenti rotasiya əsasında dəyişəcək və bir çoxları, əsasən də Rusiyada, bu birləşmələri elə hərbi baza hesab edirlər. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol