• $
  • €
  • ₽
  • ₺
  • £

İranda həbs olunanların sayı 47-yə çatdı

İranda həbs olunanların sayı 47-yə çatdı
29.05.2020 11:14
Sarafraz etiraz edən xalqdan üzr istəyib.

İranda azərbaycanlıların kütləvi etirazlarına səbəb olan İran dövlət televiziyasındakı "Fitilə" adlı proqramı fəaliyyətini dayandırıb.

ANN.Az APA TV-yə istinadən xəbər verir ki, iran mətbuatı bildirir ki, proqramın fəaliyyətinin dayandırılması ilə yanaşı, bir neçə məsul şəxs də tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz etiraz edən xalqdan üzr istəyib. Buna baxmayaraq, İranda azərbaycanlıların etirazları davam edir. Küçə nümayişlərinin qarşısını almaq üçün ötən gün bir çox şəhərlərdə polis qüvvələri gücləndirilmiş rejimdə işləyib.

Etirazçılar isə televiziyanın birbaşa bağlı olduğu ali dini lideri Ayətulla Əli Xamneyinin üzr istəməsini və İran parlamentinin etnik xalqlara, xüsusilə də azərbaycanlılara ayrı-seçkiliyi qadağan edən qanun qəbul etməsini tələb edir. Azərbaycanlıların etirazlarına İrandakı digər etnik xalqlar da qoşulublar. Belə ki, ərəb və bəluc fəallar azərbaycanlıları dəstək xarakteri daşıyan bəyanat yayıblar.

Güney Azərbaycanın Meşginşəhr şəhərində isə 22 nəfər saxlanılıb. Bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. ETTELAAT-ın (İranın Kəşfiyyat Nazirliyi) həbs etdiyi 22 nəfərdən 4-nün 18 yaşdan aşağı yeniyetmə olduğu bildirilir.

Qeyd edək ki, hazırkı həbslərlə saxlanılanların sayı 47 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib. Aksiya iştirakçıları noyabrın 6-da İranın "Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol