• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan tamamilə peşəkar orduya keçir

Gürcüstan tamamilə peşəkar orduya keçir
11.11.2015 20:11
Yenilik 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minməlidir.

Gürcüstan parlamentinin hüquq komitəsi çərşənbə axşamı məcburi hərbi xidmətin ləğv edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib, Qruziya-onlayn məlumat yayıb.

Oxu.Az xəbər verir ki, qanun layihəsinin məqsədi dövlətin məcburi hərbi xidmətə sərf etdiyi vəsaitin peşəkar hərbi xidmətə və Gürcüstanın müdafiə qabiliyyətinin inkişafına yönləndirməkdir.

"Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin edilməsinin təşəbbüskarı "Girçi-yeni siyasi mərkəz” QHT üzvü, deputat Zurab Caparidzedir. Qanun layihəsinə müvafiq olaraq, yenilik 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minməlidir.

Dəyişikliklərdə qeyd olunur ki, bütün hərbi xidmət müqaviləli, ehtiyat və kadr hərbi xidmətə bölünəcək. Bununla yanaşı, müqaviləli hərbi xidmətə müvafiq tələblərə uyğun gələn, arzu edən hər kəs qəbul edilə bilər.

Müqavilə ilə xidmət edənlər xüsusi imtahanları verdikdən sonra kadr hərbçisi ola bilərlər.

Bununla yanaşı, qanunda hərbi əməliyyatlar zamanı Gürcüstanın bütün vətəndaşlarının öz hərbi vəzifələrini yerinə yetirməli olacaqları deyilir.

Bununla yanaşı, Gürcüstanın baş nazirinin icazəsi ilə xarici vətəndaşların da orduya cəlb olunması təklif olunur. Təklifə əsasən həmin şəxslər hərbi and içməyəcək, lakin Gürcüstana sadiq olacaqları və bu ölkənin qanunlarına riayət edəcəklərinə dair üzərlərinə yazılı öhdəlik götürəcəklər. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol