• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa sərhəd nəzarəti sisteminin tətbiqinə başladı

Fransa sərhəd nəzarəti sisteminin tətbiqinə başladı
13.11.2015 12:42
Bu tədbir dekabrın 13-dək davam edəcək

Fransa hökuməti bu gün bütün qonşu ölkələrlə sərhəddə nəzarət sisteminin tətbiqinə başlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, ilk həftəsində seçmə xarakter daşıyacaq bu tədbir dekabrın 13-dək davam edəcək.

Daxili işlər naziri Bernar Kaznyov Senatdakı dinləmələrdə qeyd edib ki, sərhəd təhlükəsizliyini təmin etmək üçün ümumilikdə 30 min polis əməkdaşı cəlb olunacaq.

Nazir qeyd edib ki, sərhədlərdə təhlükəsizlik tədbirləri tədricən, Parisdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP-21) tarixi yaxınlaşdıqca sərtləşdiriləcək: "Noyabrın 29-dan dekabrın 12-dək davam edəcək tədbirin başlamasına 10 gün qalmışdan nəzarəti sərtləşdirəcəyik. Konfransın başlanmasına 4 gün qalanda isə nəzarət sistemli şəkil alacaq".

Eyni zamanda, DİN rəhbəri sərhədlərin tam bağlanmasının gündəmdə olmadığını da qeyd edib.

Qeyd edək ki, COP-21 Parisdə 30 noyabr - 11 dekabr aralığında baş tutacaq. Konfransda 80-dən çox dövlət və hökumət başçısı iştirak etməlidir.

O da vurğulanmalıdır ki, bu nəzarət Azərbaycan vətəndaşları üçün ciddi maneə olmayacaq. Fransanın ölkəmizdəki səfirliyi daha öncə bildirmişdi ki, vətəndaşlarımız adi rejimdə səfirlikdən viza ala biləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol