• $
  • €
  • ₽
  • ₺
  • £

Parisin prokuroru: Terror aktları üç qrup terrorçu tərəfindən törədilib

Parisin prokuroru: Terror aktları üç qrup terrorçu tərəfindən törədilib
15.11.2015 11:00
 Parisin müxtəlif məhəllələrində terror aktları üç qrup terrorçu tərəfindən törədilib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu Parisin prokuroru Fransua Molens deyib.
 
Onun sözlərinə görə, əməliyyatlar nəticəsində yeddi terrorçu məhv edilib.  
 
Molens həmçinin bildirib ki, "Bataklan” teatrına hücum edən terrorçularSuriya və İraqla bağlı şüarlar səsləndirib.  
 
Bundan başqa, terrorçulardan birinin şəxsiyyəti müəyyənləşdirilib: "Barmaq izləri terrorçulardan birinin kimliyini müəyyən etməyə imkan verib. O Fransa xüsusi xidmət orqanlarının bazasında qeydiyyatda olub”.   
 
Paris prokuroru rəsmi olaraq hadisə yerində Suriya pasportunun aşkarlanması barədə məlumatı təsdiqləyib.  
 
İstintaq noyabrın 13-də hadisələrin ardıcıllığını müəyyənləşdirə bilib:
 
Axşam saat 21.20-də (yerli vaxt qeyd olunub, Bakı vaxtı ilə 00.20) Fransa-Almaniya yığmalarının yoldaşlıq matçının keçirildiyi  "Stade de France”  stadionunun (gələn ilin iyununda bu stadionda Avropa Çempionatının açılış və final oyunları keçirilməsi planlaşdırılır)  yaxınlığında birinci partlayış baş verib.  "Hadisə yerində iki cəsəd aşkarlanıb. Ölənlərdən biri kamikadze terrorçu, digəri isə yoldan keçən vətəndaşdır”, deyə prokuror bildirib.  
Saat 21.25-də Parisin 10-cu dairəsindəki Aliber küçəsində yerləşən "Kiçik Kambodja” restoranı qarşısında intensiv atəş açılıb. Nəticədə 15 nəfər hadisə yerində ölüb, 10 nəfər yaralanıb: "Şahidlərin ifadələrinə əsasən, terrorçular "Seat” markalı avtomobildə hərəkət edib”.  
 
Saat 21.30-da "Stade de France” stadionu qarşısında ikinci partlayış baş verib. Partlayış terrorçu-kamikadze tərəfindən törədilib.  
 
Saat 21.32-də Parisin 11-ci dairəsindəki Fonteon-o-Rua küçəsində növbəti atışma olub. Beş nəfər ölüb, 8 nəfər yaralanıb: "Terrorçular bura da qara rəngli "Seat” markalı avtomobildə hərəkət edib”.  21.36-da həmin məhəllənin Şaron küçəsində "Seat” markalı avtomobildə hərəkət edən terrorçuların açdığı atəş nəticəsində 19 nəfər öldürülüb, 9 nəfər yaralanıb.  
 
Saat 21.40-da Volter bulvarında partlayış törədilib. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində bir nəfər ağır yaralanıb, bir neçə adam müxtəlif xəsarətlər alıb.   
 
Həmin vaxt, 21.40-da  "Polo” markalı avtomobildə hərəkət edən 3 silahlı terrorçu Parisin 11-ci dairəsində yerləşən "Bataklan” konsert zalına daxil olaraq atəş açıb. Terrorçular Suriya və İraqla bağlı şüarlar səsləndirib.
 
Terrorçulardan biri polislər tərəfindən qətlə yetirib. Digər ikisi isə üzərilərində olan partlayıcı qurğunu işə salaraq intihar ediblər. Terrorçular burada girov götürdükləri vətəndaşlardan 89-nu qətlə yetiriblər.    
 
21.53-də "Stade de France” stadionu yaxınlığında daha bir terrorçu kamikadze partlayış törədib.  
 
"Bütün atışmalarda "Kalaşnikov” avtomatının müxtəlif modifikasiyalı istifadə edilib. Müstəntiqlər yüzlərlə 7,62 mm-lik giliz aşkarlayıb. Kamikadzelərin üzərindəki partlayıcı qurğu kəmərləri oxşar konstruksiyalı olub və insanlar arasında çoxlu sayta qurbanlara  nail olmaq məqsədi ilə dəmir parçaları ilə doldurulub”, deyə Molens qeyd edib.    
 
"Hücumlar nəticəsində ölənlərin sayı, ümumilikdə, 129 nəfərə çatıb, 352 nəfər yaralanıb, onlardan 99 nəfəri vəziyyəti kritikdir”, deyə prokuror qeyd edib.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol