• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar

Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
29.05.2020 07:36
 Parisin bir neçə küçəsində ard-arda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatıb.

Bunlardan 103-nün kimliyi müəyyən edilib, digərlərinin DNT analizi aparılır. 350 yaralıdan 42-nin vəziyyəti isə ağırdır.

21:00

Bakı. 15 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə törədilən terror aktları ölkə xaricində hazırlanıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın Daxili işlər naziri Bernar Kaznev bildirib.

Onun sözlərinə görə, terror aktları "Belçika ərazisində olan bir qrup insanın" dəstəyi ilə həyata keçirilib.

Fransa mətbuatı yazır ki, ölkədə ötən cümə günü elan olunan fövqəladə vəziyyət üç ay müddətinə uzadıla bilər. Prezident Fransua Ollandın bu təklifi dəstəklədiyi qeyd edilir.

Həmçinin, bildirilir ki, 129 nəfərin ölümünə səbəb olan terror aktlarını törədən yeddi terrorçudan üçü Fransa vətəndaşıdır.

16:09

Bakı. 15 noyabr. REPORT.AZ/ 129 nəfər noyabrın 13-ü gecə saatlarında Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının qurbanı olub, daha 352 nəfər yaralanıb, onlardan 99-nun vəziyyəti ağırdır.

Parisdə terror aktları zamanı ölənlərdən 103 nəfəri tanınıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals məlumat verib.

O, mütəxəssislərin cəsədlərin tanınması prosesini davam etdirdiklərini diqqətə çatdırıb.

"İş davam etdirilir, 20-30 nəfərin şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb", - deyə TASS Valsın sözlərini sitat gətirib.

13:47

Noyabrın 13-ü gecə Fransanın paytaxtında üç terrorçu qrupu olub. Onlar dəstələrə bölünərək "SEAT Leon" və "Volkswagen Polo" markalı avtomobillərlə aktların törədiləcəyi yerlərə yollanıblar. Hər iki maşın Belçikada Fransa vətəndaşı tərəfindən icarəyə götürülüb.

"Report" xəbər verir ki, bu barədə mətbuat konfransında Paris prokuroru Fransua Molen məlumat verib.

Prokuror qeyd edib ki, Parisdə ilk partlayış "State de France" stadionunun "D" girişi yaxınlığında baş verib.

Partlayış yerində iki cəsəd aşkar edilib: onlardan birinin üzərində kamikadze kəməri olub, digəri isə yoldan keçən təsadüfi şəxs.

Bundan sonra terrorçular restoranda insanlara hücum etməyə başlayıblar. Burada 15 nəfər ölüb, həmçinin 10 nəfər yaralanıb.

Növbəti partlayış "State de France" stadionunun "H" girişində baş verib. Burada yalnız kamikadzenin meyiti aşkar edilib.

Yerli vaxtla 21:32-də Paris barlarından birində terrorçular yenidən insanlara atəş açıblar. Hadisə yerində 100 giliz tapılıb. Atəş nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb. Qeyd olunur ki, terrorçular bura artıq başqa avtomobildə gəliblər.

"Bataclan" teatrında üç terrorçu ölüb (Onlardan birini polis vurub, digər ikisi özünü partladıb). Burada ümumilikdə 89 nəfər həlak olub, yaralıların sayı barədə məlumat verilmir.

Bundan əlavə, 18 nəfər "La Belle Equipe" yaxınlığındakı terrasda həlak olub, daha 14 nəfər "La Grillon" barında qətlə yetirilib.

Prokurorun sözlərinə görə, ümumilikdə altı hücum təşkil edilib. Nəticədə 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Onlardan 99-nun vəziyyəti ağırdır.
 







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol