• $
  • €
  • ₽
  • ₺
  • £

Pan Gi Mun müsəlmanların sıxışdırılmasından narahatdır

Pan Gi Mun müsəlmanların sıxışdırılmasından narahatdır
18.11.2015 13:00
BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, terrorçuların fəallaşması ilə əlaqədar qaçqınların sıxışdırılmasından narahatdır.  

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Mən müsəlmanların, xüsusilə də müsəlman qaçqın və mühacirlərin sıxışdırılmasından narahatam. Bu, terrorçulara qüvvət verən parçalanmanı daha da gücləndirəcək”, - Pan Gi Mun BMT-nin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Çərşənbə axşamı o, öz çıxışına Fransaya başsağlığı verməklə başlayıb.

"Beyrut və Bağdadda son terror aktlarından, eləcə də Rusiya təyyarəsində partlayışdan sonra, terrorizmin davam edən təhlükəsini və "İslam dövləti”nin (İŞİD) fəallığını müşahidə edirik. Heç bir fikir ayrılığı və səbəblər bu aktlara bəraət qazandıra bilməz”, - baş katib bildirib.

O, yenidən terror qruplarına qarşı birlikdə qarşıdurmağın və radikallığın möhkəm çevrəsini dağıtmağın labüdlüyünü bəyan edib.

"Bu gün baş verən qəddar münaqişələr və zorakı ekstremizm əsasən bərabərsizliyə, təbii resursların qeyri-bərabər bölünməsinə, rüşvətxorluğa, sıxışdırmalara, idarəçilikdəki səhvlərə, məyusluq və parçalanmalara əsaslanır. Bu isə işçi yerlərinin və imkanlarının çatışmazlığı ilə müşahidə edilir”, - BMT-nin baş katibi vurğulayıb.

"Bizim fəaliyyətimiz hələ bu reallıqlara cavab verməyib”- o etiraf edib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol