• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Avropa müştərək bank yaradır

İran və Avropa müştərək bank yaradır
20.11.2015 23:02
Avropa ölkələri ilə ticarətin sadələşdirilməsi məqsədilə İran-Avropa müştərək bankının təsis edilməsi təklif olunur. Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf Avropa bank rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

V.Seyf çıxışında İranın beynəlxalq maliyyə bazarlarına yenidən qoşulması, İran və Avropa bankları arasında müxbir münasibətlərin qurulmasından danışıb: "Beynəlxalq ictimaiyyət İranla iqtisadi əlaqələrin qurulmasının üstünlüklərindən istifadə edə bilər. İran böyük iqtisadi potensiala malikdir, ölkənin gənc və savadlı işçi qüvvəsi var, inkişaf etmiş infrastruktura və çox böyük təbii sərvətlərə sahibdir”.

Bank rəhbəri bildirib ki, İran iqtisadiyyatı Avropa bazarlarına tanışdır, çünki İran və Avropa arasında uzunmüddətli əməkdaşlıq olub: "2010-cu ildə Almaniya 2,7 milyard dollarlıq ticarət dövriyyəsi ilə İranın ən böyük ticarət tərəfdaşlarından biri olub. Bundan başqa, İranın Almaniyanın 27 bankı ilə müxbir münasibətləri var”.

V.Seyf deyib ki, İran və "5+1" ölkələri arasında əldə olunmuş razılıq xarici şirkətlərin İranda yenidən fəaliyyətə başlaması üçün əlverişli şərait yaradır: "İran Mərkəzi Bankı xarici investorların və maliyyə şirkətlərinin ölkədə fəaliyyəti üçün öz dəstəyini əsirgəməyəcək, onlara güzəştlər veriləcək və iinvestisiyaların qorunmasına zəmanət veriləcək”.

Onun sözlərinə görə, hazırda beynəlxalq investorlara ölkənin azad iqtisadi zonalarında və daxilində banklar təsis etməyə icazə verilir: "İnvestorlar azad iqtisadi zonalarda bankları 100 faiz öz mülkiyyətləri ilə, ölkə daxilində isə 40 faiz paya sahib olmaqla yarada bilərlər”.

V.Seyf ticarətin asanlaşdırılması məqsədilə İran-Avropa müştərək bankının təsis edilməsi təklifinə toxunaraq bildirib ki, İran Mərkəzi Bankı xarici investisiyaları və onların səmərəliliyinə zəmanət verməyə hazırdır.

Mərkəzi Bankın sədri İranın beynəlxalq banklarla uzunmüddətli və davamlı əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol