• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən çox silah alan ölkələri - SİYAHI

Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
29.05.2020 09:43
Dünyanın müxtəlif bölgələrindəki hərbi münaqişələr İngiltərə və ABŞ-ın silah şirkətlərini fantastik dərəcədə zənginləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə son beş ildə silah satışından 32 milyard dollarlıq gəlir əldə edib. Bunu Mərkəzi Londonda yerləşən "Silah Ticarəti Əleyhinə Kampaniya” adlı qeyri-hökumət təşkilatı bildirib. Sənəddə bildirilir ki, İngiltərə 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər bütün dünyaya təxminən 32 milyard dollarlıq silah ixrac edib. Təşkilatın sözçüsü Endryu Smitin fikrincə, İngiltərə xarici siyasətində səmimi deyil: "Hökumət insan haqlarından danışır, amma dünyanın müxtəlif bölgələrində insan haqlarını pozanları silahlandırır”.

Təşkilatın hazırladığı sənəddə ən çox silah satan ABŞ şirkətlərinin də adları çəkilir. Bunlar "Northrop Grumman” , "Lockheed Martin”, "Raytheon” , " Boeing” və "General Dynamics” şirkətləridir.

Modern.az Yaxın Şərq və Şimali Afrika ölkələrinə edilən silah ixracının 2010-cu ilin may ayından  2015-ci ilin iyun ayına qədər olan siyahısını təqdim edir:

Liviya - 35 milyon funt-sterlinq

İsrail - 56 milyon funt-sterlinq

Misir - 128 milyon funt-sterlinq

Küveyt -  59 milyon funt-sterlinq

Pakistan - 117 milyon funt-sterlinq

Nigeriya - 80 milyon funt-sterlinq

Səudiyyə  Ərəbistanı -  5,6 milyard funt-sterlinq

Birləşmiş  Ərəb Əmirlikləri - 338 milyon funt-sterlinq

Yəmən - 948 milyon funt-sterlinq

Bəhreyn - 36 milyon funt-sterlinq

Qətər - 117 milyon funt-sterlinq

Əlcəzair - 280 milyon funt-sterlinq    

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol