• $
  • €
  • ₽
  • ₺
  • £

İranın iki naziri Bakıda səfərdə olacaq

İranın iki naziri Bakıda səfərdə olacaq
23.11.2015 09:24
İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccar noyabrın 24-də Bakıya səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İ. Nəccar Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi dəvəti ilə Xəzər dənizində fövqəladə hallarla mübarizə təlimlərinə baxış keçirmək üçün Bakıya səfər edəcək.

Səfirlikdən verilən digər məlumata görə, həmçinin İranın elm və təhsil naziri Əli Əsgər Fani noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci baş konfransı və İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Bakıda səfərdə olacaq.

Məlumata əsasən həmçinin İranın Gilan əyalətindən bir qrup jurnalist Azərbaycana səfər edib. İranın tanınmış xəbər agentlikləri, televiziya və qəzetlərindən olan bu jurnalistlər Azərbaycanın tarixi, dini və turizm potensialları ilə tanış olacaqlar.

Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır. //anspress.com

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol