• $
  • €
  • ₽
  • ₺
  • £

1500 Suriya türkməni Türkiyəyə pənah gətirib

1500 Suriya türkməni Türkiyəyə pənah gətirib
23.11.2015 13:28
Türkiyə rəsmilərinin bildirdiyinə görə, Suriyada, ölkənin şimalında qızışan döyüş əməliyyatlarından qaçan 1500-dək türkmən Türkiyə sərhədinə sığınıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Suriyada, ölkənin şimalında qızışan döyüş əməliyyatlarından qaçan 1500-dək türkmən Türkiyə sərhədinə sığınıb.

Türkiyə yaranmış vəziyyətə görə Rusiya bombardmanını ittiham edir. Ankara bildirir ki, Rusiyanın müdaxiləsi nəticəsində ürəklənmiş Assad rejimi Suriya müxalifətinin nəzarətində olan ərazilərə hücumlarını intensivləşdirib. Bu ərazilərdə həmçinin Suriyanın türkmən əhalisi yaşayır.

Qaçqınların sayı 35 minə çata bilər

Bu da xəbər verilir ki, öz növbəsində Türkiyə tərəfindən dəstəklənən türkmən özünümüdafiə qüvvələri öz torpaqlarını İslam Dövləti adlanan təşkilatdan geri almaq üçün döyüş əməliyyatlarına başlayıblar.

Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətinin valisi Ercan Topaca 1500 türkmən qaçqının Türkiyə sərhədinə gəldiyini təsdiq edib.

O deyib ki, Türkiyə, qaçqınlar üçün 575 çadır qurub və onların bütün ehtiyaclarını ödəməyə hazırdır.

Topaca AFP agentliyinə deyib ki, Ankara türkmənlərin yaşadığı təxminən 15 kənddən 35 minədək qaçqının gələ biləcəyini ehtimal edir.

Vali həmçinin 28 yaralı türkmənin Türkiyə xəstəxanalarında yerləşdirildiyini bildirib.

Ankara Moskvaya nota verib

Ankara Suriyada türkmənlərin yaşadığı ərazinin Rusiya təyyarələri tərəfindən bombardman edilməsinə etirazını bildirib və Rusiyanın Türkiyədəki səfirinə nota təqdim edib.

Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, Rusiyanın Suriyanın türkmənlər yaşayan ərazisini bombardman etməsi "ciddi nəticələrə” gətirib çıxara bilər.

O deyib ki, bu barədə Rusiya tərəfi ilə danışıqlar aparıb. Davutoğlu bəyanatında təkcə türkmənlərin deyil, hava reydlərindən əzab çəkən başqa etnik qrupların da adlarını çəkib.

"Heç kəs terrora qarşı mübarizəni bəhanə edərək, bizim türkmən, ərəb və ya kürd qardaşlarımızın üstünə hücumları legitimləşdirə bilməz” – deyib Davutoğlu.

Azərbaycanlılarla dili və məzhəbi bir azlıq

Bununla belə, müxbirlər Moskvanın Ankaranın etirazlarına çox da məhəl qoymadığını vurğulayırlar.

Son aylarda Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə dəfələrlə dəvət olunub.

Asia Times yazır ki, Suriyada baş verənlər prezident Erdoğanın köhnə siyasətinin dəyişmədiyini göstərir.

Putinin məqsədi Bashar al-Assad-ı nəyin bahasına olursa olsun hakimiyyətdə saxlamaqdırsa, Erdoğanın da başlıca məqsədi Assad-ın nəyin bahasına olursa olsun hakimiyyətdən getməsidir.

Suriya türkmənləri də İraq türkmənləri kimi azərbaycanllılarla eyni dil və eyni məzhəbi bölüşürlər. Dəqiq məlumatlar olmasa da, sünni və şiə türkmənlərin təxminən eyni sayda olduğu deyilir.

Bir sıra xəbərlərdə İŞİD-ə qarşı əksərən şiəməzhəb türkmənlərin vuruşduğu və İslam Dövləti adlanan təşkilatın da əsasən bu türkmənləri hədəflədiyi bildirilir.

Keçmişlərdə Türkiyənin bir sıra siyasətçiləri AKP-ni "sünni” təəssübkeşliyində və şiə türkmənlərə etinasızlıqda ittiham edib.

Məsələn, bu ilin iyun ayında Türkiyənin Sözcü saytı hökumətin Suriya türkmənlərinə münasibətini tənqid edərək yazırdı ki, Suriyanın türkmən qaçqınları Türkiyə ərazisinə keçmək üçün özlərini kürd kimi təqdim etməli olurlar.

AKP və Erdoğan hökuməti bu kimi iddiaları rədd edirlər. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol