• $
  • €
  • ₽
  • ₺
  • £

Marsa uçuş üçün 1 milyard dollarlıq saziş imzalandı

Marsa uçuş üçün 1 milyard dollarlıq saziş imzalandı
24.11.2015 20:23
ABŞ Kosmik Agentliyi (NASA) Mars planetinə "Orion" pilotlu gəmisinin göndərilməsi məqsədilə istifadə ediləcək yeni ağır "SLS" raketdaşıyıcıları üçün mühərriklərin yaradılmasına dair "Aerojet Rocketdine" şirkəti ilə saziş imzalayıb. Agentliyin məlumatına görə, 2024-cü ilin sentyabrınadək qüvvədə olacaq sazişin məbləği 1,16 milyard dollar təşkil edir. 

"SLS" raketdaşıyıcısı "Orion" pilotlu gəmisinin uzaq kosmosa, o cümlədən Ay ətrafında orbitə keçiriləcək asteroidə və son nəticədə Marsa göndərilməsi üçün dörd "RS-25" mühərrikindən istifadə edəcək. Vəsaitlərə qənaət məqsədilə "SLS" ilk dörd startını "Shuttle" kosmik gəmilərində istifadə edilən hazır mühərriklə həyata keçirəcək, lakin növbəti uçuşlar üçün "Aerojet Rocketdine" şirkəti onları modernləşdirəcək və güclərini artıracaq.

"NASA"nın sifarişi ilə yeni ağır raketdaşıyıcısının hazırlanması ilə uzun illərdir "Boeing" şirkəti də məşğul olur. Raketdaşıyıcısı müxtəlif modifikasiyalarda yaradılacaq və orbitə 70-130 ton ağırlığında yükləri çıxara biləcək. Mütəxəssislərin hesablamalarına görə, raketin bir buraxılışı 500 milyon dollara başa gələcək ki, bu da "Shuttle" gəmilərinin hər bir missiyasının dəyərindən 1,5 dəfə azdır.

Yeni raketdaşıyıcısı və "Orion" gəmisi birlikdə uzaq kosmosa, o cümlədən Marsa pilotlu uçuşlar üçün çoxfunksiyalı inteqrasiya olunmuş sistem olacaq. İki ay əvvəl "NASA" "Orion" gəmisi ilə Marsa ilk pilotlu sınaq uçuşu 2023-cü ilin aprelində həyata keçirə biləcəyini bəyan edib. Bunadək - təxminın 2018-ci ildə "SLS" raketdaşıyıcısı ilə ilk dəfə gəminin buraxılması nəzərdə tutulur. "Orion" ilk sınaq uçuşunu "Delta IV" raketdaşıyıcısı vasitəsilə 2014-cü ilin dekabrında həyata keçirib, - "TASS"  yazır. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol