• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Dövlət Departamenti: Türkmənlərin özünümüdafiə hüququ var

ABŞ Dövlət Departamenti: Türkmənlərin özünümüdafiə hüququ var
25.11.2015 14:43
Mark Toner: "NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq”
"Əgər türkmənlər doğrudan da Rusiyanın hücumlarına məruz qalırsa, özlərini müdafiə etmək üçün hər cür haqqa sahibdirlər”.
 
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsinin pilotlarından birinin türkmənlər tərəfindən öldürülməsi iddiaları ilə bağlı suala cavabında deyib.
 
M. Toner Rusiyanın Türkiyə sərhədinə çox yaxın bir sahədə suriyali mötədil müxalifləri hədəf almasına diqqət çəkərək bildirib ki, Rusiyanın sərhəddəki əməliyyatları bu cür nəticələrə gətirib çıxara bilər: "Gərginlik azaldılmalıdır. Prezident Obamanın da söylədiyi kimi, Rusiya Türkiyə sərhədlərinin çox yaxınlığında əməliyyatlar keçirir və mötədil müxalifləri təqib edib, onları hədəfə alır. Bu durum bu cür nəticələrə səbəb olur. NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq”. 
 
M. Toner gərginliyin azaldılması üçün ABŞ səlahiyyətli şəxslərinin Türkiyə və Rusiya ilə təmasda olduqlarını vurğulayıb. O, prezident Barak Obamanın sözlərinə istinad edərək Türkiyənin öz hava məkanını qorumaq haqqı olduğunu vurğulayıb: "Əgər çox aydın bir sərhəd pozuntusu olubsa, Rusiya bunu gələcəkdə təkrar etməməlidir. Rusiya bunun hansı nəticəyə səbəb olacağını bilməlidir”. 
 
Pentaqon sözçüsü Peter Kok isə Türkiyənin daha əvvəl baş vermiş sərhəd pozuntuları ilə bağlı xəbərdarlıqlarını xatırladıb: "Türkiyə NATO üzrə müttəfiqimizdir və onun hava məkanı NATO hava məkanıdır. Türkiyənin özünümüdafiə hüququ var. Daha öncəki pozuntular zamanı Türkiyə narahatlıqlarını dilə gətirmişdi, biz də narahatlığımızı ifadə etmişdik”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol