• $
  • €
  • ₽
  • ₺
  • £

Sergey Lavrov: "Türkiyə ilə müharibəyə hazırlaşmırıq"

Sergey Lavrov: "Türkiyə ilə müharibəyə hazırlaşmırıq"
25.11.2015 16:20

Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - "Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.
 
S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: "Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.
 
S. Lavrov iddia edib ki, "Su24” Suriyada "İŞİD”in neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlavə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol