• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi qərara aldı

Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi qərara aldı
26.11.2015 18:22
Rusiyanın baş naziri Dmitri Medvedev hökumətə 2 gün ərzində iqtisadi və humanitar sahələrdə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər işlənib hazırlanmasını tapşırıb.
 
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, D. Medvedev bunu hökumətin iclasında deyib. O bildirib ki, tədbirlərin hansı müddətə tətbiq olunacağı göstərilməyəcək, çünki bu məsələ beynəlxalq situasiya və Türkiyə ilə münasibətlərin gedişində asılı olacaq.
 
D. Medvedev cavab tədbirləri haqqında qərarın 2006-cı ilin sonlarında qəbul olunmuş xüsusi iqtisadi tədbirlər haqqında qanuna uyğun olacağını söyləyib: "Orada tədbirlər paketi əksini tapıb. Bu sıraya iqtisadi əməkdaşlıq proqramlarının dayandırılması, maliyyə əməliyyatlarının, xarici ticarət sövdələşmələrinin məhdudlaşdırılması, idxal-ixrac rüsumlarının dəyişdirilməsi, turizm sahəsində tədbirlər, daşımalar, hava və su nəqliyyatının hərəkəti və humanitar əlaqələr daxildir”.  

Baş nazir Türkiyəyə qarşı cavab addımlarının vahid sənəddə toplanacağını, ya prezidentin fərmanı, ya da bu fərman əsasında hökumətin qərarı şəklində olacağını vurğulayıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ukyukayev isə Türkiyəyə məxsus təyyarə və gəmilərin Rusiya hava məkanı və limanlarına daxil olmasına qadağa qoyula biləcəyini açıqlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol