• $
  • €
  • ₽
  • ₺
  • £

Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar

Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar
26.11.2015 23:59
Suriya problemini hərbi deyil, yalnız siyasi danışıqlar yolu ilə həll etmək olar. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri və İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.

Ə.Vilayəti bildirib ki, ABŞ və regionda Suriya xalqının taleyini müəyyənləşdirmək istəyən digər qüvvələr məğlub olacaqlar: "Çünki onların Suriya xalqının taleyi ilə bağlə qərar qəbul etmək haqqı yoxdur. İran, İraq, Livan və Rusiya Suriyanın yanındadır. Biz qələbəyə ümid edirik. İran Suriya dövləti və xalqını sonadək dəstəkləyəcək".

O, qeyd edib ki, ABŞ və regionun bəzi ölkələri İran və Rusiyanın Suriyanı dəstəkləməsini istəmir: "İran və Rusiya Suriyanı dəstəkləməkdə davam edəcəklər. Biz Suriyanın parçalanmasına qarşıyıq və var gücümüzlə bunun qarşısını almağa çalışacağıq. Müzakirələrdə bu məsələni diqqətdə saxlayacağıq”.

Ə.Vilayəti əlavə edib ki, İran problemin həlli üçün Suriya dövləti və xalqının razılığı olmayan heç bir çıxış yolunu qəbul etmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol