• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə hökuməti tənqid edən məşhur jurnalistlər həbs olundu

Türkiyədə hökuməti tənqid edən məşhur jurnalistlər həbs olundu
27.11.2015 12:32
Türkiyə hökumətinin korrupsiyalı əməllərini faş etmiş Can Dündar və Erdem Gül casusluq ittihamı ilə həbs ediliblər

Qərb mətbuatı yazır ki, Türkiyənin iki tanınmış jurnalisti, ölkə xüsusi xidmətlərinin Suriyadakı islamçılara silah göndərdiyi barədə xəbərləri yaymış Can Dündar və Erdem Gül dövlət sirrini yaymaq ittihamı ilə həbs ediliblər.

Nüfuzlu "Cümhuriyyet” qəzetinin baş redaktoru və qəzetin Ankara bürosunun rəhbərini ömürlük həbs cəzası gözləyə bilər.

Bu iki təhqiqat jurnalistinin hazırladığı reportaj və videosüjet Türkiyədə siyasi fırtına yaratmış və prezidentin onları məhkəməyə verməsi ilə nəticələnmişdi.

Türkiyə hazırda mətbuat azadlığının bərbad vəziyyətinə görə beynəlxalq aləmdə kəskin tənqid edilir.

Müqəssir olduqlarını rədd edən jurnalistlər Türkiyə kəşfiyyat idarəsi MİT-ə aid olan yük maşınlarının Suriyadakı islamçı qruplaşmalara silah daşıdığını iddia etmişdilər.

Videoda onların yazdığı reportajdan sonra polisin sözü gedən yük maşınlarını saxlayıb yoxlaması və maşınlardakı qutulardan silah-sursat çıxdığı görünürdü.

Hökumət iddia edirdi ki, bu maşınlar guya Suriyadakı etnik türkdilli azlıq – türkmanlar üçün göndərilir.

İngilisdilli "Daily Sabah” yazır ki, daha sonra bu yük maşınlarını saxlayan rəsmilər və polislər Fethullah Gülenlə əlaqədə ittiham olunmuşdular.

Jurnalsitlərin mühakimə olunması üçün prezident Recep Tayyip Erdoğanın şəxsən özü məhkəməyə müraciət etmişdi.

"Bu qəzet casusluqla məşğuldur. Bu reporatajı kim yazıbsa, bunun ağır bədəlini ödəyəcək” - demişdi cənab Erdoğan ötən mayda etdiyi televiziya çıxışında.

Dündar və Gül casusluqda və Fethullah Gülen hərəkatına kömək etməkdə ittiham olunurlar.

Erdoğanın Uotergeyti

Hazırda Amerikada "könüllü sürgündə” yaşayan müsəlman vaiz Gülen əvvəllər prezident Erdoğanın çox yaxın müttəfiqi olub. Lakin indi Gülenin "Hizmet” hərəkatı Türkiyədə terrorçu təşkilat hesab olunur və Erdoğan, vaizi ölkədə paralel dövlət yaratmaq cəhdində ittiham edir.

Dündar deyib ki, bu cür reportajların hazırlanması dünya jurnalistikasında geniş yayılmış praktikadır. O Uotergeyt və Vikiliks qalmaqallarını yada salıb. Jurnalist deyib ki, hər hansı məsələ ictimai maraq kəsb edirsə, mütləq jurnalist tərəfindən qələmə alınmalıdır.

Media azadlığı qrupları jurnalistlərə qarşı irəli sürülmüş ittihamlara kəskin etiraz bildirib.

Sərhədsiz Müxbirlər təşkilatından Erol Önderoğlu bildirib ki, bu hadisə Türkiyənin beynəlxalq imicinə daha bir zərbə olacaq.

Türkiyə "2015 Dünya Mətbuat Azadlığı İndeksi”ndə (World Press Freedom Index 2015) 180 ölkə arasında 149-cu yerdədir.

Rusiya: İraq türkmanlarını niyə demirlər?

Müşahidəçilər bu həbslərin Rusiya və Türkiyə arasında Su-24 təyyarəsinin vurulması ilə bağlı yaranmış gərginliklə eyni vaxta təsadüf etməsinə diqqət çəkirlər.

Bu gərginliyin əsnasında Rusiya prezidenti Vladimir Putin Türkiyəni və Erdoğan hökumətini terrorçu İslam Dövləti qrupu ilə əməkdaşlıqda ittiham edib.

Bunun ardınca cümə günü Rusiya təyyarələri Türkiyədən Suriyaya gedən humanitar yardım karvanına zərbə endiriblər.

Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Suriya ərazisində Rusiya təyyarələrinin hücumu ilə məhv edilmiş maşın karvanı humanitar yük daşımırdı.

Türkiyədən Suriyaya gələn bu karvana Rusiya təyyarələrinin hücum etdiyi barədə xəbəri Suriya fəalları və Türkiyə mediası yaymışdı.

Türkiyə "İnsan Haqları və Azadlığı Fondu” xəbər vermişdi ki, bu hücum nəticəsində 7-10 arası ölənlər olub. Bunların çoxunun sürücülər olduğu xəbər verilib.

Təşkilat yanan maşınların şəkillərini özünün Facebook səhifəsində yerləşdirib.

Türkiyə hökuməti bu karvanın da "Suriyada rus təyyarələri tərəfindən bombardman edilən türkmanlara göndərildiyini” bildirib.

Moskva bu iddianı rədd edir, Rusiya rəsmiləri isə soruşurlar: "Erdoğan hökuməti türkmanların qayğısına qalırsa, niyə İraq türkmanları bombardman ediləndə etirazını bildirmirdi?”

Müxalifət də ittiham edir

Erdoğan jurnalistlərin həbsi ilə bağlı ölkə daxilində də tənqidlərlə üzləşir. Ana müxalifət partiyası CHP-nin lideri Kemal Kılıçdaroğlu qəzetçilər Can Dündar və Erdem Gülün həbsi ilə bağlı deyib: "Suçu işləyənlər deyil, suçun xəbərini yayanlar tutulursa, kimsə Türkiyədə mətbuatın azad, ədliyyənin müstəqil olduğunu deyə bilməz”.

O deyib ki, bu həbslər Erdoğan və komandasının qorxularının nəticəsidir.

Jurnalsitlərin özləri isə həbslərinə kifayət qədər soyuqqanlı yanaşıblar.

Dündar özünün Facebook səhifəsində yazıb: "Üzülməyə gərək yoxdur. İçəridə və bayırda mübarizəmiz davam edəcək. Bunlar bizim üçün şərəf ordenidir”. 

Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol