Türkiyə Suriya üzərindən uçuşları dayandırdı

Suriya ərazisində uçuşlar gerçəkləşdirən Türkiyə aviasiyası bu gündən etibarən ərazidə uçuşlarını dayandırıb. Modern.az Türkiyənin "Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu addım ötən cümə günü Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra atılıb.
Türkiyə aviasiyası bölgədə "İslam dövləti” qruplşamasının mövqelərini havadan nəzarətdə saxlayırdı.
Noyabrın 26-da Rusiyanın Suriyaya S-400 raketlərini yerləşdirməsindən sonra prezident Rəcəb Tayyip Ərdoğan Türkiyə təyyarəsinin bu raketlərlə vurulmasını "təcavüz” kimi dəyərləndirəcəklərini deyib.
www.ann.az
























