• $
  • €
  • ₽
  • ₺
  • £

Niderlandın əsas aeroportu işə robot qəbul edir

Niderlandın əsas aeroportu işə robot qəbul edir
30.11.2015 21:06
Bu həftə Amsterdamın əsas Shiphol aeroportunda "Spencer” adlı yeni robot qulluqçu işə başlayacaq.
 
Bu, robot texnikası tarixində robotun insanlarla uzun müddətə sıx təmasa buraxıldığı ilk hadisədir. İsveçin Erebru Universitetinin alimləri bu günlər ərzində qurğunun işini diqqətlə izləyərək onun zəif tərəflərini görməyə və hansı əlavə funksiyaların lazım olmasını anlamağa çalışacaqlar.

 
"Spencer”in başlıca və hazırda yeganə vəzifəsi aeroportda yolunu azan sərnişinlərə köməyin göstərilməsidir. Robot Shiphol kartı, eləcə də aeroportda olduğu yeri avtomatik müəyyənləşdirən funksiya ilə təchiz edilib. O, bu məlumatların köməyi ilə lazımi terminallara və eniş çıxışlarına yol açacaq. Sərnişinlərin radio ilə aeroportda belə yardımçının mövcudluğu barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.  

 
"Spencer” noyabrın 30-da işə başlayacaq, lakin müşahidəçi alimlər robotun aeroportdakı bir sıra obyektlərlə, məsələn, daimi maneə olmayan və öz yerini dəyişən baqaj arabaları ilə necə təmas qurmasından narahatdırlar. Bundan başqa, robotun insanların yanından ötərək onların davranışını necə başa düşəcəyi hələ ki tam aydın deyil. "Spencer”in iş təcrübəsi müsbət olsa, oxşar robotların daha geniş vəzifələri yerinə yetirmək üçün hazırlanması nəzərdə tutulur. Məsələn, muzeylərdə "Spencer”ə oxşar bələdçi robotların yaradılması mümkündür, - "www.dni24.com” yazır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol