• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyə prezidenti: "Bizə pilotlarının ingiliscə bilmədiyini dedilər"

​Türkiyə prezidenti: "Bizə pilotlarının ingiliscə bilmədiyini dedilər"
02.12.2015 11:59
Rəcəb Tayyib Ərdoğan: Rusiyanın təbii qazı olmazsa, məhv olduq kimi vəziyyətlə üzləşməyəcəyik

"Biz heç də həmişə təbii qazdan istifadə etməmişik. Millətimiz əzab-əziyyətə öyrəşib. Rusiyanın təbii qazı olmazsa, yandıq, məhv olduq kimi duruma da düşməyəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

BMT-nin iqlim dəyişikliyi üzrə Parisdə keçirilən forumunda iştirakını başa vurub Qətərə yola düşən Türkiyə prezidenti təyyarədə jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan başqa Azərbaycan, İran, İraqın şimalındakı muxtar bölgə və Qətərdən təbii qaz alırlar. 

O,Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı bunları söyləyib: "Bu ilk hadisə deyil. Yüzlərlə dəfə belə pozuntu hadisəsi olub. Ötən il Qara dənizdə sərhədi 15 dəqiqə pozdular. Onlara məsələ ilə bağlı xəbərdarlıq edəndə isə pilotlarının ingilis dilini bilmədiyini deyirlər. "Böyük -20"-liyin ("G-20") toplantısında (noyabrın 15-də Antalyada keçirilən toplantını nəzərdə tutur - "Report") mənə dedi ki, bunu qonaq kimi qəbul edək (Rusiya prezidenti Vladimir Putini nəzərdə tutur- "Report"). Mən də dəvətsiz qonaq olmaz. Aralıq dənizin də "Moskva" adlı kreyserləri gəmilərimizə problem yaratmağa başladı. Bunu ona söylədim. Dedi ki, xəbəri yoxdur, lazım olan tədbirləri görəcək".

Kremlin Türkiyəyə qarşı sanksiyalarından danışan Rəcəb Tayyib Ərdoğan deyib: "Rusiya diplomatik davranmır. Hadisəyə emosional yanaşırlar. Sanksiyalardan təcili bəhs etmələri xoşagələn deyil. Rusiyaya qarşı hamı sanksiya tətbiq edərkən (Ukraynaya yönəli siyasətinə görə, Avropa İttifaqı, Avstraliya, Kanada, Yaponiya və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları nəzərdə tutur - "Report" ) biz bunu etmədik. Düşündük ki, strateji ortağımızdır, ərzaq malları da daxil olmaqla məhsullarımızı verməyə davam edəcəyik. Onların hərəkətinə baxın: "Bu məhsulları almayacağıq" - deyirlər. İş adamlarımıza əziyyət veririlər. Deyirlər ki, davranışı diplomatik deyil. Onlar dövlətə aid ciddiliyə uyğun gəlmir. Türkiyə bu məsələdə əsilliyini qoruyur. Biz onlara qarşı eyni davranışdan istifadə etmirik. Biz diplomatik dildən istifadə etməklə özümüzə yaraşanı edirik. Onların da tutduqları yolu dəyişəcəklərini gözləyirik".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol