Türkiyənin 6 əyalətində qara görə məktəblər bağlandı

Güclü qar yağması səbəbindən Türkiyənin 6 əyalətinin məktəblərində tətil elan edilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ölkənin Şırnak, Rize, Van, Kastamonu, Bolu və Siirt əyalətlərinin bir sıra rayonlarındakı məktəblər bir və iki günlüyə bağlanıb.
Hazırda texnika qarın bağladığı yolları təmizləyir.
www.ann.az
























