• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəylə Rusiya arasında növbəti gərginlik: Moskvaya etiraz edildi

Türkiyəylə Rusiya arasında növbəti gərginlik: Moskvaya etiraz edildi
07.12.2015 14:56
Türkiyə hökuməti dekabrın 6-da İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin çiynində daşınan zenit-raket kompleksi tutması faktı ilə bağlı Rusiyaya rəsmi etirazını bildirib.
 
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Lazımi addımlar atıldı”, - deyə o, söyləyib.
 
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasına məxsus "Sezar Kunikov” adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün nəzərdə tutulan silah tutub. Bu silahın "Strela” və ya "İqla” daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, həmin sənədə əsasən Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər.  
 
Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol