• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

​Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
07.12.2015 17:14
"Moskvanın böhran yaradan davranışına qarşı Türkiyə də beynəlxalq hüquqa əsaslanaraq, Rusiya qarşı lazımi addımları atacaq".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, baş nazir Əhməd Davudoğlu bununla bağlı təlimat verib: "Baş nazirin müavini Mehmet Şimşəyin sədrliyi ilə Rusiyaya ixracatın, oradan idaxaltın iqtisadiyyatımıza təsirinə dair bütün ssenariləri dəyərləndirdik. Müxtəlif alternativlər təqdim edilib və biz onları nəzərdən keçiririk.

Boğazlardan keçən Rusiya gəmilərinə nəzarət edilməsi, Qərbin Kremlə tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulması, rusiyalı iş adamlarına yönələn tədbirlərin görülməsi nəzərdə tutulub. Rusiyalı turistlərə ucuz turpaketlərin verilməsinin, Akkuyu Atom Elektrik Stansiyası layihəsinin dayandırılıması kimi addımlar da atıla bilər".
Türkiyənin Rusiyaya tətbiq etməyi nəzərdən keçirdiyi sanksiyalar layihəsinə aşağıdakılar daxildir:

- Hökumət təmsilçiləri Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsullarının türkiyəli ixracatçıları ilə görüşərək, həmin malları qiymətləndirəcəklər;
- Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektirik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;

- Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;

- Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq;
- Rusiyada istehsal edilib, Türkiyəyə ixrac olunan bütün mallar nəzarətə alınacaq və yoxlamadan keçiriləcək.

Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz tur paketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol