• $
  • €
  • ₽
  • ₺
  • £

MN: Ohanyanın ifadələri çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir

MN: Ohanyanın ifadələri çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir
08.12.2015 14:31
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavab verib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, S. Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir: "Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır. Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da Seyran Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin biri olmasının göstəricisidir. Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə, acizliyin göstəricisidir. Çünki ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır”.
 
Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi S.Ohanyanın bu fikirlərini psixoloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirir: "Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.
 
Qeyd edək ki, S. Ohanyan cəbhədəki son vəziyyətlə bağlı Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol