• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir: "Türkiyə mənasız embarqo qarşısında aciz qalacaq dövlət deyil"

Baş nazir: "Türkiyə mənasız embarqo qarşısında aciz qalacaq dövlət deyil"
08.12.2015 20:10
Əhməd Davudoğlu: Bir gün İran xalqı onlardan Türkiyəyə qarşı davranışına görə hesabat tələb edəcək

"Türkiyə vətəndaşları ən geci 2016-cı ilin oktyabrından Avropa İttifaqına üzv ölkələrə vizasız səfər edə biləcəklər".
"Report"un məlumatına görə, bunu ölkənin baş naziri Əhməd Davudoğlu parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük Türkiyə üçün çox önəmlidir: "Bu prosesi sürətləndirməkdə qərarlıyıq".
Baş nazir rəsmi Moskva və İran hakimiyyətini Türkiyəyə qarşı tutduqları mövqeyə görə tənqid edib. Ə.Davudoğlu Rusiyanın sanksiyalarından daha çox qarşı tərəfin ziyan görəcəyini söyləyib: "İstənilən vəziyyətə hazırıq. Nazirlərimiz Rusiyanın sanksiyaları ilə bağlı görüşüb, müzakirələr aparıblar. Yanacaqla bağlı ehtimal olunan problemin aradan qaldırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Meyvə-tərəvəz ixracı ilə bağlı problemlərin həlli istiqamətində də addımlar atılır. Alternativ bazarlar üçün lazım olan hər cür tədbirləri görürük. İş adamlarına dəyən ziyanın qarşılığını ödəyəcəyik, onların zərər görməsinə imkan verməyəcəyik. Turist səfərləri təşkil edən turoperatorlara bütün hallarda dəstək verəcəyik. Biz qarşılaşdığımız mənasız embarqonun qarşısında aciz qalacaq dövlət deyilik".

Ə.Davudoğlu toplantıdakı çıxışında İran hakimiyyətinə müraciət edib: "Onlara qarşı tətbiq edilən sanksiyalara qoşulmadıq. Hər cür problemlərinin həllinə yardım etdik. Bir gün İran xalqı onlardan Türkiyəyə qarşı davranışına görə hesabat tələb edəcək.
Biz Ukrayna məsələsi ilə bağlı Rusiyaya qoyulan qadağalara da qoşulmadıq. Rus xalqının ərzaqla bağlı problemlərinin həllinə yardım etdik.

İran və Rusiya xalqları Türkiyənin onlara etdiyi yaxşılığı bilir. Hər iki ölkə hakimiyyətini daha məntiqli davranmağa çağırıram".
Baş nazir deyib ki, Türkiyənin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı beynəlxalq hüquq çərçivəsində lazım olan addımları atacaqlar. 

Qeyd edək ki, bu gün Türkiyə hökumətinin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar haqda açıqlama verəcəyi gözlənilirdi. Ancaq baş nazir Əhməd Davudoğlu sanksiyalar paketinin hazır olduğunu desə də, tətbiqi tarixindən danışmayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol