• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın 10 ixtiraçı milyarderi - Onlardan biri Azərbaycandandır

Rusiyanın 10 ixtiraçı milyarderi - Onlardan biri Azərbaycandandır
09.12.2015 21:20
"Forbes” jurnalının Rusiya versiyası kommersiya sahəsində patent alan milyarderlərin siyahısını hazırlayıb. Modern.az jurnala istinadən xəbər verir ki, Rusiyada bizneslə məşğul olan 10 milyaderin yer aldığı reytinq cədvəlində əslən Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan milyarder Zarah İliyev də yer alıb.

Reytinq cədvəlinin 10-cu pilləsində qərar tutan İliyev 6 patentə sahibdir. Bu patentlər reklam konstruksiyasına aiddir və 2005-2006-cı illərdə Rospatent və Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı "Patenscope” və Avropa patent idarəsi "Espacement” tərəfindən qeydə alınıb.

Əslən dağ yəhudisi olan İliyev Moskvada bir çox daşınmaz əmlakların – otel və ticarət mərkəzlərinin sahibi sayılır. Yeri gəlmişkən, ona məxsus ən böyük obyektlərdən sayılan "Avropa” ticarət mərkəzinin loqotipi də Azərbaycan əsilli milyarder tərəfindən patentləşdirilib.

Zarah Bensionoviç İliyev 1966-cı il sentyabrın 8-də Quba yaxınlığındakı Qırmızı qəsəbədə anadan olub. Ailədə 5 qardaş olan İliyevlər uşaq yaşlarından çəkməçi işləyən ataları Benison İliyev tərəfindən bu sənətə öyrədiliblər. 1983-cü ildə əmilərinin yanına - Moskvaya işləməyə gedib. O ilk vaxtlar Çeremuşki bazarında gül satmaqla məşğul olub. Sonradan İzmaylovsk bazarında bir neçə konteyner alaraq onları biznesmenlərə icarəyə verib. Tədricən biznesini böyüdən İliyev hazırda "Elektron cənnət” ticarət mərkəzlərinin, "Qrand” mebel evinin və "Moskva” avtomobil hipermarketlərinin sahibidir. O, eyni zamanda "Açıq Avropa” Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

"Forbes” jurnalının məlumatına görə, 2015-ci ildə Zarah İliyevin şəxsi sərvəti 4,3 milyard dollar təşkil edir.  Zarah İliyev evli və 2 övlad atasıdır. Onun qardaşların biri, Yaruxom İliyev Bakıdakı "Gön-dəri” fabrikinin sahibidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol