• $
  • €
  • ₽
  • ₺
  • £

Bağdad Türkiyə ordusunun təcili çıxarılmasını istəyir

Bağdad Türkiyə ordusunun təcili çıxarılmasını istəyir
12.12.2015 14:16
BMT-nin Təhlükəsizlik Şurasına İraqın Türkiyə silahlı qüvvələrinin hərəkətlərinə dair şikayətləri daxil olub, Oxu.Az TASS-a istinadən xəbər verir.  

Məktubda Bağdad Türkiyə qoşunlarının təcili olaraq öz ərazisindən çıxarılmasını xahiş edir. İraq Türkiyə ordusunun öz ərazisində olmasını Beynəlxalq təşkilatın nizamnaməsinin "kobud şəkildə pozulması” hesab edir.

Rəsmi müraciətin alınması barədə dekabrın 11-də ABŞ-ın Ümumdünya təşkilatı yanında daimi nümayəndəsi Samnata Pauer təsdiqləyib, o, bu ay Təhlükəsizlik Şurasının sədrinin səlahiyyətlərini icra edir.

Surəti jurnalistlərin sərəncamına verilən sənəddə Bağdad BMT TŞ-dan Türkiyənin təcili olaraq öz qoşunlarını çıxarmağı tələb etməyi, eləcə də İraqın gələcəkdə suverenliyini pozmamağı xahiş edir.  

"Bu, BMT nizamnaməsinin kobud şəkildə pozulması, eləcə də İraqın ərazi bütövlüyünün və müstəqilliyinin pozulması kimi nəzərdən keçirilir”, - İraqın daimi nümayəndəsi Məhəmməd Əli əl-Hakimin məktubunda vurğulanıb.

Pauerin sözlərinə görə, İraq diplomatı görüşün gedişatında ondan Türkiyə təcavüzünün müzakirəsi üçün Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş edib.

Qeyd edək ki, dekabrın 4-də Türkiyə əsgərlərinin batalyonunun İraqın Mosul şəhəri yaxınlığında yerləşdirildiyi haqqında məlumat yayılıb. Bu qoşunlar hərbi texnika ilə təchiz ediliblər.

İraq XİN-i Türkiyənin hərəkətini müdaxilə kimi qiymətləndirib. Cavab olaraq Ankarada quru hərbi əməliyyatların və hərbçilərin əlavə olaraq göndərilməsinin nəzərdə tutulmadığı bildirilib. Ankara öz hərəkətlərini yerli ordu üçün hərbi hazırlığı təmin etmək labüdlüyü ilə izah edib.

Amma İraq hakimiyyəti Türkiyə qoşunları çıxarılmazsa istənilən qarşıdurma tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayıb.

Dekabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun ölkəsinin qoşunlarının bu regiona Bağdadın xahişi ilə yerləşdirildiyini bəyan edib.

O həmçinin İraq və İranı Suriyada dinlərarası nifrəti qızışdırmaqda ittiham edib. Ərdoğan İraq hakimiyyətinin BMT TŞ-ya şikayətini "ədalətsiz addım” adlandırıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol