• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ erməni məmurlarına qarşı sanksiyalar tətbiq edəcək

ABŞ erməni məmurlarına qarşı sanksiyalar tətbiq edəcək
14.12.2015 20:37
Diplomatik nümayəndəlik bəyanat yayıb.

ABŞ-ın İrəvandakı səfirliyi öz proqram və tədbirlərində, Ermənistanın parlament formalı idarə sisteminə keçid üzrə referendumda saxtalaşdırmaya cəlb edilmiş şəxslərin iştirakına məhdudiyyət qoymaq imkanını nəzərdən keçirəcək.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Amerikanın diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"ABŞ-ın bütün dünyada korrupsiya ilə mübarizə apardığını nəzərə alaraq, referendumun keçirilməsinə qərəzli müdaxilə edən şəxslər barədə nəşrlər ABŞ səfirliyi tərəfindən həmin şəxslərin səfirliyin proqram və tədbirlərində iştirakı zamanı nəzərə alına bilər”, - bəyanatda deyilir.

"Tam və şəffaf araşdırma, nəticələrin dərc edilməsi, hətta əgər cinayət işi qaldırılmazsa bu nəticələr MSK (Mərkəzi seçki komissiyası), parlamentə və vətəndaş cəmiyyətinə seçki proseslərinin yaxşılaşdırmaya imkanı olan sahələrinin üzə çıxarılmasına yardım edə bilər”, - ABŞ səfirliyində belə hesab edirlər.

"Biz öz hökumət və parlamentə yeni Seçki məcəlləsinin qəbul edilməsinə dair çağırışımızı təsdiq edirik. Və Ermənistanda seçki proseslərinin qərəzsizlik səviyyəsini yüksəltmək üçün beynəlxalq standartlara müvafiq yeni qanunverici islahatlar aparmağa çağırırıq.

Biz həmçinin Ermənistanın baş prokurorunun və insan haqlarının müdafiəçisinin səsləndirilən məlumatlara dair tam və şəffaf araşdırmanı təmin etməyə hazır olmasını alqışlayırıq”, - bəyanatda deyilir.

Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum dekabrın 6-da keçirilib. Ölkənin MSK-nın məlumatına görə, konstitusiya dəyişikliklərinə görə, seçicilərin 63,35%-i lehinə, 32,35%-i isə əleyhinə səs verib.  

Əsas qanuna edilən dəyişikliklərə görə, ölkə prezidenti beş il deyil, yeddi il müddətinə seçiləcək. Bundan başqa, prezident seçkiləri birbaşa seçkilərdə deyil, deputatlar və özünüidarə orqanlarının nümayəndələri tərəfindən seçiləcək.

Daha öncə Ermənistanda referendumda qanun pozuntuları barədə hüquq-mühafizə orqanı əməkdaşları bəyan etmişdilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol