• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada qalmaqal: Saakaşvili, Yatsenyuk və Avakov “qırğına çıxıblar”

Ukraynada qalmaqal: Saakaşvili, Yatsenyuk və Avakov “qırğına çıxıblar”
15.12.2015 11:29
Ukrayna mətbuatı xəbər verir ki, prezident Poroshenko-nun iştirakı ilə keçirilən hökumət müşavirəsində rəsmilər bir-birlərini nalayiq ifadələrlə təhqir ediblər

Ukraynada İslahatlar üzrə Milli Şuranın iclasında yüksək vəzifəli şəxslərin təhqir dolu dava-dalaşı ilə bağlı qalmaqal yaşandığı xəbər verilir.

Ukraynanın "Faktı” saytının xalq deputatı Sergey Leshenko-nun Facebook səhifəsinə istinadən veridiyi məlumata görə, bu müşavirədə ölkənin daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakashvili arasında qızğın mübahisə düşüb. Sonradan bu mübahisəyə baş nazir Arseniy Yatsenyuk da müdaxilə edib.

"Saakashvili-nin nitqindən sonra nazir Avakov irad tutub ki, qubernatior teleefirdə olduğu qədər alovlu çıxış edə bilməyib. Daha sonra mübahisə başlanıb. Avakov Saakashvili-yə deyib ki, "oğru onun özüdür”. Saakashvili isə deyib ki, "onun olan-qalanı yalnız təmiz adıdır” – yazır millət vəkili Facebook-da.

Leshenkonun yazdığına görə, bundan sonra Avakov çığırmağa başlayıb və Saakashvilidən "onun ölkəsini tərk etməsini” tələb edib. Bunun ardınca Yatsenyuk da Saakashvili-dən "rədd olmasını” istəyib və onu "qastrolçu” adlandırıb.

Bunun cavabında Saakashvili bildirib ki, o da bu ölkənin vətəndaşıdır, lakin "Yatsenyukdan fərqli olaraq Ukraynanı qarət etmir”.

Saakashvili "davalı” videonu efirə verməyi tələb edib

Millət vəkili yazır ki, Petro Poroshenko bu dava-dalaşı sakitləşdirməyə çalışsa da, sonradan müşavirəni bağlı elan etməli olub.

Xəbər portalında dərc olunmuş məlumatda deyilir ki, daxili işlər naziri Avakov da özünün Facebook səhifəsində müəyyən təfərrüatları bölüşüb.

O yazıb ki, Saakashvili-ni bir rusiyalı oliqarxla əlaqələrdə ittiham edib və Saakashvili bundan sonra qəzəblənərək özündən çıxıb.

"O dedi ki, Saakashvili ilə belə danışmağa heç kimin haqqı yoxdur” – yazır Avakov.

"O mənə "korrupsioner nazir” dedi və sonra da birbaşa təhqirə keçdi. Mən onu vurmaqdan özümü saxladım və stəkandakı suyu onun üzünə çırpdım” – yazıb Ukraynanın daxili işlər naziri.

Nazir Odessa qubernatorunu "divanə popullist” adlandırıb.

Öz növbəsində Saakashvili prezidentin mətbuat xidmətindən müşavirənin tam videoyazısının efirə verilməsini tələb edib.

"Videoçəkiliş üç kamera ilə aparılıb və Ukrayna xalqının ona kimlərin rəhbərlik etdiyini bilməyə haqqı var. Mən öz sözlərimə cavabdehəm. Ölkəni yolçu vəziyyətinə salan subyektlərin öz hərərkətləri üçün hesabat vermələrinin vaxtı çatıb” – yazıb Mixeuil Saakashvili özünün Facebook səhifəsində. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol